Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Niyə şərab içənin namazı 40 gün qəbul olunmur?..


Niyə şərab içənin namazı 40 gün qəbul olunmur?..
Hüseyn ibni Xalid nəql edir: “Həzrət Rzanın (ə) xidmətində ərz etdim: “Bizim üçün nəql edilibdir ki, Peyğəmbər (s) buyurmuşdur: “O kəs ki, şərab içər, namazı 40 gün qəbul olunmaz”. Bu hədis doğrudurmu?”.
 
İmam (ə) buyurdu: “Hədisi nəql edənlər doğru nəql ediblər”.
 
Ərz etdim: “Bəs niyə namazı 40 gün qəbul olmaz, nə az və nə də çox vaxtda deyil?”.
 
Həzrət (ə) buyurdu: “Ona görə ki, Allah Təala insanın xilqətini bu cür təqdir etmişdir: nütfəni 40 gündən sonra icad edər və sonra onu sonrakı mərhələyə keçirər. 40 gündən sonra ələqəyə (qan laxtasına) çevirər və sonrakı mərhələyə keçirər. 40 gün sonra muzğəfəyə (ət parçasıdır ki, üzərində yaşıl damarları olar) çevirər və bu cür son mərhələsinə qədər.
 
O zaman ki, insan şərab içər, şərabın qalıqları 40 gün sidik kisəsində qalar, necə ki, başqa yeyəcək və içəcəklərin qalıqları 40 gün orada qalar. O zamana qədər ki, bu qalıqlar onun sidik kisəsində qalar, namazı gərək Allah dərgahında qəbul olmasın””. (Həvzəh)
 
Allah Təala bizləri belə aqibətdən Özü saxlasın





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10