Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

DYP avtomobillərin arxa şüşələrinə şüar yapışdırmamağa çağırır


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarların yazılması ilə bağlı açıqlama yayıb.
Virtualaz.org xəbər verir ki, məlumatda deyilir:
"Son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları, yaxud fotolar vurma halları müşahidə olunur ki, bu da bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.
Belə ki, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir".
Qeyd edək ki, bu cür yazılar və şəkillər müharibədən sonra populyarlaşmağa başlayib. Adətən maşınların arxa şüşələrinə "Qarabaq Azərbaycandır", "Qarabaq bizimdir" kimi şuarlar yazılır, şəhid şəkilləri, həmçinin Türkiyə və Pakistan bayraqları yerləşdirilir. Hərçənd bir çox digər kreativ şüarlar yapışdıranlar da var...

                                












Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10