Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Rayonumuzun şərəfi və vicdanı”- Sizcə o kim ola bilər?


Bu, eyni mövzuda ikinci yazımdır. Birincisini təxminən 14 il öncə yazmışdım. Deməli, 2007-ci ildə Ukraynanın Kremençuk şəhərinə peşəkar kurs keçməyə getmişdik. 230 min əhalisi olan bu şəhərdə həftəlik tirajı 120 min olan şəhər qəzetinin qonağı olduq. Olduqca geniş imkanları olan  bu əyalət qəzetinin (müqayisə üçün eyni miqdarda əhalisi olan Masallıda 8 səhifəlik qəzetin tirajı 1000-i keçmir, həmin şəhərdə 16-32 səhifəlik qəzet rəngli olmaqla həftəlik 120 min tirajla qəzet çıxırdı).

Təsəvvür edin ki, bu şəhərdə qəzet getməyən ev yox idi. Həmin qəzet indi də həm saytına baxışı, həm də tirajı ilə həmin yüksəkliyi qoruyur.

Bunları sadalamaqda məqsədim nədir?

Bu 120 min tirajlıq qəzet ildə bir dəfə 25 nominasiya üzrə müsabiqə keçirir - rayonun ən yaxşı müəllimi, həkimi, aşpazı, polisi, deputatı, məmuru... və sair. 

Təsadüfən bizim o şəhərə gedişimiz bu müsabiqənin nəticələrin elan olduğu mərasimlə eyni günə düşdü. Həmin müstəqil qəzetin imkanları elə geniş idi ki, Moskvadan hər il 5 min dollara estrada ulduzlarını dəvət etmişdi.

Bəs, bizi təəccübləndirən nə oldu? 25 nominasiyanın qaliblərin- ən yaxşı həkimi, idmançını, bankiri... təqdim edəndən sonra, daha doğrusu, sonda elan etdilər ki, bu şəhərin Şərəfi və Vicdanı olan şəxsi seçməliyik. Təəccüblə nəticəni izləyirdik. Bir nəfərin adı çəkildi. İnanırsınız ki, bütün zal ayağa qalxıb, bir neçə dəqiqə aramsız onu alqışladı.

İlk ağlıma gələn nə oldu?

Görəsən, 230 minlik Masallıda rayonun şərəfin və vicdanın seçməli olsaq bu adı kim qazanar?

Kremençuqda deyirdilər ki, bu adam nə xeyriyyəçidir, nə vəzifə sahibi. Sadəcə böyük cəsarət sahibi və hədsiz səmimidir, keçmişində heç bir qaranlıq məqam yoxdur.

Həmin vaxtı, 2007-ci ildə Cənub Xəbərləri qəzetində bu yazı çap ediləndə, həmin sual ictimailəşəndə Masallıda konkret cavab verən olmadı. Bir-iki adamı öyrədib dedilər ki, deyin, ən yaxşısı icra başçısıdır. Bu da səmimi qəbul olunmadı.

O sualı bu gün də təkrarlamaq istəyirəm - cəsarətinə, mədəniyyətinə, səmimiyyətinə, saflığına görə 230 minlik əhalisi olan Masallının şərəfi və vicdanı kimi, yaxud kimləri saymaq olar?

O sosial şəbəkə olduqca zəif, əksər yerlərdə yox idi.

Çox xahiş edirik, sualı cavablandıranda səmimi olun, vicdanınızın səsi ilə yazın. Qərəz də etməyin, saz götürüb “gözəlləmə” də deməyin.

Bilək də, ətrafımızda kimdən nümunə götürək.

Cenub.az. Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10