Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nyu-Yorkda peyvənd olunanlara pul mükafatı veriləcək


Şəhərin saytı vasitəsilə qeydiyyatdan keçərək ilk doza peyvəndi vurdurun və 100 dollar qazanın"
 
Cümə günündən etibarən koronavirusa qarşı peyvənd vurdurmağa başlayacaq Nyu-York sakinləri 100 ABŞ dolları həcmində mükafat alacaqlar.
 
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meriyası tvitterdə məlumat verib.
 
Peyvəndlənmədən əvvəl pul almaq üçün onun tarixini şəhərin ixtisaslaşdırılmış saytında qeyd etmək lazımdır. “Şəhərin saytı vasitəsilə qeydiyyatdan keçərək ilk doza peyvəndi vurdurun və 100 dollar qazanın. Bu, çox sadədir”, - məlumatda deyilir.
 
Nyu-York ştatının səlahiyyətliləri daha əvvəl də sakinləri vaksinasiyadan keçməyə təşviq etməyə çalışmışdılar: may ayının sonlarında 10 peyvəndləmə məntəqəsində onu vurduranlara baş mükafatı 5 milyon ABŞ dolları olan lotereya biletləri verilirdi.
 
Bundan əlavə, Nyu-York meri Bill de Blazio bütün bələdiyyə işçilərinə sentyabrın ortalarına qədər peyvənd etdirmələrini tapşırıb. O vaxta qədər peyvənd sertifikatı almayanlar mütəmadi müayinədən keçəcəklər.
 
Son məlumatlara görə, Nyu-Yorkda ümumilikdə 9,9 milyon koronavirus əleyhinə peyvənd vurulub, 4,4 milyondan çox insan hər iki dozanı vurdurub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10