Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda avtomobil qəzadan sonra yanıb



Hadisə nəticəsində xəsarət alan olmayıb
 
Lənkəran rayonunun Gərmətük kəndi ərazisində “VAZ-2107” ilə “Chevrolet” markalı avtomobillər toqquşub.
 
AYNA APA-ya istinadən xəbər verir ki, Firudin Babayevə məxsus 10-RM-069 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobil yaxınlıqdakı yüksək gərginlikli elektrik dirəyini aşırıb və nəticədə nəqliyyat vasitəsi alışıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
 
Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10