Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçırdan vəzifəli şəxs kimdir? - Diplomatik keçiddən... - YENİ FAKTLAR


General, Milli Qəhrəman Rövşən Əkbərovun həbs səbəbi kimi göstərilən qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.
Yenisabah.az xəbər verir ki, Ukraynadakı mənbələrdən əldə edilən məlumata görə, R.Əkbərov hadisəni törətdikdən sonra vəzifəli şəxslərin köməyi ilə Kiyevdən Bakıya qaçırılıb.
İddia edilir ki, bu işdə həmin vaxt Ukraynada səfir olan Nazim İbrahimovun ən yaxın adamı, Ukraynada müvəqqəti işlər vəkili Rövşən Qarabağlının müstəsna xidmətləri olub. Həmin vaxt səfiri əvəz edən Rövşən Qarabağlı adaşının Kiyevdən qaçırılmasına şəxsən rəhbərlik edib. O, Rövşən Əkbərovu səfirliyin avtomobili ilə hava limanına aparıb və diplomatik keçiddən təyyarəyə mindirib.
Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.
Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə şahid qismində Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də dindirilib. Onlar Elçin Əliyevi Rövşən Ələkbərovun qətlə yetirdiyini deyiblər.
Amma sözügedən şəxslər buna qədər istintaqa verdikləri ifadələrdə qətlin kim tərəfindən törədildiyindən xəbərsiz olduqlarını demişdilər.
/Bakupost.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10