Qızıl Aypara cəmiyyəti dünyada fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara qurumunun üzvüdür.
Məlumat üçün qeyd edək ki, bu hərəkatın dünyada təxminən 97 milyon nəfər könüllü üzvü var.
Bu qurum insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaq məqsədi ilə yaradılmışdır.
Təsəvvür edirsiniz, milyonlarla insanı özündə birləşdirən təşkilata insanlar hər il milyonlarla pul köçürür, İANƏ edirlər.
Azərbaycanda bu məqsədlə yaradılmış təşkilat Azərbaycan Qırmızı Aypara Cəmiyyətidir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzvüdür.
Uzun illərdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə şair, bəstəkar, millət vəkili, professor Novruzəli Aslanov rəhbərlik edir.
Bəli, Novruzəli müəllim, 2005, 2010, 2015-ci illərdə Milli Məclisin deputatı olub.
Bakının ən gur küçələrindən birinə çıxıb Novruzəli müəllimi soruşsan, çətin ki, onu tanıyan ola. Çünki bu adamın səsini bir dəfə də olsun parlamentdə eşidən olmayıb. Hansı ki, Novruzəli Aslanov başqa deputatlardan daha çox insanların problemlərini qaldırmalı və həllinə nail olmalı idi. Amma təəssüf..
Axı, Novruzəli Aslanovun rəhbər olduğu təşkilatın işi birbaşa insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirməkdir.
Görəsən son 20 ildə Novruzəli müəllim hansı qaçqının, hansı məsburi köçkünün qapısını açıb ?
Novruzəli Aslanovun əsas işi 30 ildir erməni əsrliyində əzab çəkən, öldürülən azərbaycanlıların harayını dünyaya çatdırmaq idi.
Nə vaxt Novruzəli Aslanovun səsini eşidən oldu ?
Nə vaxt Novruzəli Aslanovu məcburi köçkünlərin məskunlaşdığı vaqonlarda, şəraitsiz məkanlarda görən olub ?
Novruzəli Aslanov Əfqanıstanda aclıqdan əziyyət çəkən insanlara yardım məqsədilə ianə toplama kampaniyası keçirir və ora külli miqdarda pul yığılır.
Görəsən, Novruzəli müəllim, bizim küçələrdə dilənən uşaqları, ehtiyac ucbatından küçə süpürən qoca qadınları görmür ?
Niyə bircə dəfə onların problemlərini qaldırmayıb ?
Əlbəttə, Əfqanıstanda, Suriyada əzab çəkən uşaqlara yardım etmək lazımdır. Amma sən burada min cür əzəb-əziyyət çəkən insanları görməzdən gəlirsən.
Sən necə deputat olmusan, Novruzəli müəllim ?
Az qalıb ki, 30 il olsun ki, Qızıl Aypara cəmiyyətinin sədrisən. 30 ildə nə iş görmüsən ?
Mahnı bəstələməklə, şeir yazmaqla köməksiz insanların qarnı doymur, cənab Aslanov ?
“Vətənə xidmət” ordenlərin qoşa-qoşadır. Nə vaxt sən vətənə xidmət elədin ?
Deyirsən ki: “Mən işə maşınla gedib-gəlirəm. Kimsə avtobusla gedib-gəlir. Avtobusla işə gedib-gələn insandan artıq deyiləm. Sadəcə, bu, yaradanın məsləhətidir. Deməli, avtobusdan istifadə edən insandan daha artıq iş görməliyəm”.
Adama deyərlər heç hənanın yeridir. Bəlkə avtobusda gedib-gələn insanlar səndən daha çox bu vətənə xidmət edir, cənab Aslanov. Amma ordeni sənə verirlər.
Nə vaxt kirayədə yaşayan şəhid ailəsinin balalarına baş çəkmisən ?
Tənqidi fikirlərə görə, jurnalisti məhkəməyə vermək, nə vaxtdan vətənə xidmət olub ?
Deyirsən ki, deputat seçildikdən sonra həyatımda olan bütün mənfi çalarların üstündən xətt çəkdim və hətta içkini də atdım.
Cənab Aslanov, içkini atmaq üçün mütləq deputat olmalı idin ? Bu nə məntiqdir ?
Cənab Novruzəli Aslanov !
Bütün bunları qoyaq bir kənara. Nə üçün son 20 ildə bircə dəfə də olsun, Qızıl Aypara Cəmiyyətinə toplanan ianələrin miqdarı, hara xərclənməsi barədə cəmiyyətə hesabat vermisən ?
Niyə bu barədə susursunuz ?
Xahiş edirik bu məsələlər barədə danışın.
Minlərlə şəhidimiz var, qazimiz var, bu barədə düşünün.
Çünki Qızıl Aypara Cəmiyyətinin əsas işi budur