Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İran qaynayır: cana doymuş yoxsullar və haqqını tələb edən millətlər rejimə qarşı


  İran qaynayır: cana doymuş yoxsullar və haqqını tələb edən millətlər rejimə qarşı

“Azərbaycanlılar - ölkənin üçdə biri Ermənistana hərbi təchizata qəzəblidir, Sistan və Bəlucistan əhalisi yoxsulluğa və cənubdakı yerli qaçaqmalçı tacirlərin edamına etiraz edir, digərlər etirazçılar da Xuzistan ərəblərinə qoşulurlar”
 
İranda son günlər gərginlik yaşanır. Cənubdakı Əhvazdan şimaldakı Təbrizə qədər etirazlar səngimir, əksinə, coğrafiyası genişlənir, etnik komponent də (ərəblərdən Azərbaycan türklərinə qədər) əlavə olunur. Tehranda da insanlar toplanır və Ali dini liderə qarşı şüarlar səsləndirirlər.
 
AYNA baş verənləri Yaxın Şərq üzrə ekspert Mixail Maqid ilə müzakirə edib.

                
- Bu etirazlar nə ilə bağlıdır?
 
- Elektrik yoxdur, su təchizatı sistemləri sıradan çıxır (50 dərəcə istidə!). Əhalinin yarısı yoxsulluq həddinin altında yaşayır, inflyasiya 50%-ə çatır və artan ərzaq qiymətləri yoxsulları vurur. 10 gün əvvəl su və elektrik enerjisinin kəsilməsi səbəbi ilə cənubda, əsasən Ərəb Xuzistanında qiyamlar başladı. Neoliberal siyasət işçi sinfinin rifahını məhv edir - neft sənayesində ixtisaslı daimi işçilərin əvəzinə müvəqqəti işçilər götürürlər. Artıq iş şəraitinin pisləşməsi şərtləri ilə işləyənlərin sayı 150 min nəfəri ötüb. Bu problemlər üzündən etirazlar baş qaldırdı.
 
İndi çox şey, son zamanlarda Rusiyanın hərbi yardımları İran torpaqlarından Ermənistana axın edərkən, az qala üsyan qaldıran nəhəng və vacib bir bölgə olan Cənubi Azərbaycanının davranışından asılıdır. Azərbaycanlılar İkinci Qarabağ müharibəsi illərində magistral yolları bağlamağa başladılar.
 
Sinif tərkibi baxımından işçilər, yoxsullar və orta sinif bu gün etiraz aksiyalarında iştirak edir. Etirazları yatırmaq ehtimalı hələ də yüksək olsa da, rejimin problemi onun cəmiyyətə təklif edəcəyi bir şeyinin olmamasıdır. Mühafizəkar Mahmud Əhmədinejad da daxil olmaqla, İbrahim Rəisinin bütün əsas rəqibləri prezident seçkilərindən kənarlaşdırıldı, nəticədə seçkilər sadə bir Rəisi təyinatına çevrildi və çoxluq tərəfindən nəzərə alınmadı. Sosioloqların bir təhlili var ki, ona görə 2019-cu ildəki İran qiyamı seçkilərdə ən  az iştirak edən bölgələrdə baş verdi və bu, təsadüfi deyil.
 
Su təchizatı kəsintiləri, elektrik enerjisinin kəsilməsi, yüksək inflyasiya və əhalinin yarısından çoxunun yoxsulluq həddinin altında yaşaması göstərir ki, rejimin heç bir mexanizmi işləmir. Bu da milli problemlərin fonunda baş verir: azərbaycanlılar - ölkənin üçdə biri Ermənistana hərbi təchizata qəzəblənirlər, kürdlər kimi Sistan və Bəlucistan da yoxsulluğa və cənubdakı yerli qaçaqmalçı tacirlərin edamına etiraz edirlər, digərləri etiraz edən Xuzistan ərəblərinə qoşulurlar. Ölkəni neftçilərin, şəkər istehsalçılarının, fermerlərin tətilləri sarsıtdı.
 
- Etirazlar dayanmasa, hansı ssenari baş verə bilər?
 
- O zaman İran tədricən Suriyanın analoquna çevrilə bilər. Orada da hər şey belə oldu - etirazlar böyüdü, rejim onları zorla əzdi, insanlar döyüşməyə başladı, ordu dağılmağa başladı, müxtəlif etno-konfessional azlıqların və tayfaların qrupları da daxil olmaqla, hökumət əleyhinə və leyhinə xalq könüllü dəstələri meydana çıxdı. Tədricən mərkəzi hakimiyyət zəiflədikcə digər güclər (ABŞ, İran, Rusiya, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail) hadisələrə müdaxilə etməyə, ölkəni təsir zonalarına bölməyə başladılar və Suriya pis günə qaldı.
 
Başqa bir seçim qiyamda bütöv bir universalist ideyanın olması ilə əlaqələndirilə bilərdi. 1979-cu ildə İrandakı inqilab zamanı iranlılara vahid ortaq və daha yaxşı (tərəfdarları baxımından) gələcəyin bir versiyasını təklif etməyə çalışan bir neçə ideologiya var idi. Bu ideologiyaların fərqli dayaqları vardı. Bunlardan biri də böyük şiə ilahiyyatçısı, filosofu və sosialisti Əli Şəriətinin ideyaları ruhunda işçilərin özünüidarəetmə (sovetlər) üzərində qurulmuş sinifsiz bir cəmiyyət, şiə İslam sosializmi fikri idi. Fabrikləri ələ keçirən bəzi ixtisaslı işçilər, ziyalılar və bəziləri dini liderlər tərəfindən dəstəkləndi. Başqa bir seçim bir İslam respublikası, vilayəti-fəqih, demək olar ki, mütləq gücə sahib olan, lakin təmsilçi demokratiyanın seçki sistemləri ilə, rəqabətçi parlament seçkiləri və prezident seçkiləri ilə müsəlman bir hüquqşünas alim-ilahiyyatçının - Xomeyninin dövləti idi.
 
Üçüncü variant liberal demokratlar tərəfindən təklif edildi - Qərbdə olan bütün meyarları İranda tətbiq etmək. Bu, ziyalıların bir hissəsi və digərləri tərəfindən dəstəkləndi. İranı SSRİ-nin analoquna çevirmək istəyənlər də vardı - dövlət bürokratiyasına aid sənayesi olan totalitar bir partiyalı dövlət.
 
Ancaq bu gün belə birləşdirici inteqrasiya layihəsi yoxdur. Dinin təsiri azalır və onu yerli millətçilik - fars, azərbaycanlı, kürd və ərəb millətləri əvəz edir. Bu da ölkənin parçalanmasına səbəb ola bilər.
 
- İran Suriyanın yolunu təkrarlasa, Böyük Orta Şərqin taleyi necə olacaq?
 
- Bu, İranda baş verərsə, dünyanın və ya heç olmasa Orta Şərqin bütün istinad oxları yerini dəyişəcək. İran imperatorluğu yalnız İran deyil. Livana, Suriyaya və İraqa böyük ölçüdə nəzarət edir və orada Türkiyənin nüfuzunun qarşısını saxlayır. Rusiya ilə birlikdə Əsəd rejiminin mövcudluğunu təmin edir və Ermənistana kömək edir. İran Əfqanıstan və Yəməndəki hadisələrə müdaxilə edir. Bu imperiya ciddi şəkildə zəifləsə və ya çöksə, hakimiyyət boşluğu yaranar. Bu, bölgəni yenidən formalaşdıracaq bir sıra siyasi sunamilər yaradacaq.
 
Bölgədə ikinci nüfuzlu İslam gücü, birbaşa və ya müttəfiqləri vasitəsi ilə Suriya, İraq və Cənubi Qafqazdakı döyüş əməliyyatlarına qatılan, xarici siyasət təsirini daim genişləndirən Türkiyə bu şərtlərdə necə davranacaq? Rusiya Əsədi bu gün Rusiya qoşunları ilə birlikdə onminlərlə İran tərəfdarı silahlı tərəfindən dəstəkləndiyi Suriyada tək saxlaya biləcəkmi? Silahlar Rusiyapərəst Ermənistana necə gedəcək? Cənubda 30 milyonluq ikinci Azərbaycan yaransa, nə olacaq? 10 milyonluq İran Kürdüstanı hansı istiqamətdə hərəkət edəcək? Müharibədən əvvəl 25 milyon əhalisi olan Suriyada olduğu kimi qaçqın axını yaransa? Əhalisinin sayı 85 milyon nəfər olan İrandan qaçqın problemi yaranarsa, hadisələrin miqyasını təsəvvür edə bilərsinizmi?
 
- Bəlkə bu barədə danışmaq hələ tezdir?
 
- Ola bilər ki, tezdir. Ancaq heç kim bizim mümkün ssenarilər barədə danışmağımıza mane olmur. Tehrandakı rejim, dövründəki Bəşər Əsəd kimi geri çəkilmək niyyətində deyil. Gücə güvənir. Bəs güc işə yaramırsa? Rejim önümüzdəki həftələrdə etirazları darmadağın etməzsə, etirazlar qalıcı hala gələ bilər, insanlar getdikcə daha çox mübarizə aparacaq və İran da Suriya kimi vətəndaş müharibəsinə sürüklənməyə başlayacaq.
 
- Rejimin güc xaricində ölkə daxilindəki vəziyyətə təsir edəcək bir rıçaqı varmı?
 
- Onların ümidi Amerika sanksiyalarının erkən qaldırılması, ABŞ ilə nüvə anlaşmasına qayıtmaqdır. Sanksiyaların ləğvi müqabilində uran zənginləşdirmə işinə xitam verilməsi (bu iş nüvə silahı yaratmaq yolundakı irəliləyişlə eynidir). Prinsipcə bu, bir seçimdir. O zaman iranlılar dərhal milyardlarla dollar mənfəət əldə edəcəklər. Bu, onlara bəzi əlavə maliyyə imkanları verəcək. Bayden rəhbərliyi belə bir razılaşmaya can atır. Ölkədəki hər şeyə qərar verən İranın Ali dini lideri (prezident yalnız iradəsinin icraçısıdır) hələ susur.
 
Lakin hələlik tərəflər təfərrüatları barədə razılığa gələ bilmirlər. Bəlkə də məsələ burasındadır ki, mühafizəkar həmfikir və Ali liderin seçimi – Rəisinin andiçmə mərasimindən əvvəl İran liderinin ABŞ-la müqavilə bağlamaq istəyi yoxdur. Rəisinin İran Prezidenti vəzifəsinə andiçmə mərasimi 5 avqustda baş tutacaq.
 
Sanksiyalar ləğv edildikdən sonra, İran neft ixracatını bir neçə ay ərazində təxminən 1,5 dəfə artıra bilər - gündə 3-3,5 milyon barelə qədər. Ancaq İran dəhşətli Amerika sanksiyaları və zəif idarəçiliyi səbəbindən, elə bir vəziyyətdədir ki, onu bir neçə ay, hətta bir ildə o dərədən çıxarmaq mümkün olmayacaq. Heç bir razılaşma olmazsa... ABŞ-da, İranın Çinə gündə 1 milyon barel, bu ölkənin neft ixracatının yarısı qədər neft tədarükünü dayandırmağa yönəlmiş yeni sanksiyalardan danışılır. Bu qərar İrana daha bir ağır zərbə olacaq.
 
- Çin İrana kömək etməyəcək?
 
- Çinlilər özlərini ABŞ sanksiyalarına qurban verməyəcklər. Sərmayələri ilə bu ölkəyə yalnız ABŞ-ın İrana qarşı sanksiyaları ləğv edildiyi təqdirdə gələcəklər. İranın Çinlə ticarəti 2020-ci ildə təxminən 15 milyard dollar təşkil edib ki, bu da bir il əvvələ nisbətən 35,3% azdır. Çinə ucuz İran neftinin tədarükü müqabilində İrana milyardlarla dollar sərmayə yatırmaq üçün Çinlə müqavilə hər şeydən daha çox niyyət bəyanatıdır. ABŞ-ın İran əleyhinə sanksiyaları qüvvədə olduğu müddətdə çinlilər Amerika ilə ticarətlərini təhlükə altına qoymayacaqlar.
 
Oxuculara miqyas haqqında bir izahat verim: 2020-ci ilin sonunda Çin ilə ABŞ arasındakı ticarət dövriyyəsi illik müqayisədə 8.3% artdı (ABŞ-a qarşı Çin sanksiyalarına baxmayaraq!). Demək olar ki, 600 milyard dollara çatdı. Bu, Çin ilə İran arasındakı ticarətdən 40 dəfə çoxdur. Deməli, İran naminə Çin öz iqtisadiyyatını məhv etmək riski daşımayacaq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10