Ermənilərin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar özlərinə baha başa gəlir. Kəlbəcər-Göyçə sərhədində dünəndən başlayan gərginlik bölgədə yaşayan ermənilər arasında böyük təlaş yaradıb.
Yenisabah.az xəbər verir ki, Kəlbəcərlə sərhəddə yerləşən erməni kəndlərinin sakinləri bu gecə kəndləri tərk edərək Basarkeçər rayonunun mərkəzinə və ya Ermənistanın başqa rayonlarına yollanıblar. Yerli sakinlərin mediaya bildirdiyinə görə əsasən qadınlar, qocalar və uşaqlar bölgədən təhlükəsiz yerlərə çıxarılıb. "Elə yerlər var ki, kənd tamamilə boşaldı bir gecədə. Çünki, silah səsləri evimizin içində eşidilir. Azərbaycan hərbçilərinin əks hücumu qəfil başladı. Sanki, ildırım çaxırdı. Belə bir şəraitdə bu kəndlərdə yaşamaq və təsərrüfatla məşğul olmaq mümkünsüz görünür”- deyə kənd sakini bildirir