Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kraliça Elizabeth'in tabe olmaq məcburiyyətində olmadığı 10 qanun





Hər doğum əslində bir loto oyunudur. Kimiləri jack-pot'u qazanar, kimiləri isə heç bir şey qazanmaq. Kimiləri İngilis Kral ailəsinin içində anadan olub ömür boyu dərdlə üzləşməz, kimiləri isə ömrü boyunca insan kimi yaşamaq üçün çırpınar. Kraliça Elizabeth bu lotonu qazananlardır.

1. Sürət limitlərinə tabe olmaq məcburiyyətində deyil



Kraliça, İngiltərə sərhədləri içində avtomobil sürməyə qərar verərsə istədiyi sürətlə gedə bilər. Heç bir polisin bu səbəbdən ona hər hansı bir cəza verə bilməz.

2. Avtomobil sürmək üçün sürücülük vəsiqəsinə ehtiyacı yoxdur




Sürət limitləri bir tərəfə qalsın, Kraliçanın avtomobil sürmək üçün sürücülük vəsiqəsinə belə ehtiyacı yoxdur. Halbuki, O II Dünya Müharibəsi zamanı təcili tibb yardım sürücülüyü etmişdir.

3. Xarici ölkələrə səyahət etmək üçün pasporta ehtiyacı yoxdur



Eynilə sürücülük vəsiqəsi kimi, Kraliçanın pasporta da ehtiyacı yoxdur. Kraliça Elizabeth istənilən ölkəyə pasportsuz daxil olmaq hüququna malikdir.

4. Hər məlumatı açıqlamaq məcburiyyətində deyil



İngiltərə hökuməti dövlət nüfuzuna görə bəzi məlumatları mətbuatla paylaşmaq məcburiyyətindədir. Lakin, dövlətin bir parçası olan İngilis monarxiyasının belə bir məcburiyyəti yoxdur. Bütün sirlər onlarla birlikdə məzara gedir.

5. Vergi ödəməz



Belə bir məcburiyyəti olmasa da, Kraliça Elizabeth könüllü olaraq vegisini ödəyir.

6. Parlamentdən asılı olmadan, müharibə qərarı ala bilər




Kraliça Elizabeth, dünya üzərindəki bütün ölkərə qarşı müharibə elan etmə səlahiyyətinə sahibdir. Həmçinin İngiltərə parlamenti Kraliçanın icazəsi olmadan hər hansı bir ölkəyə qarşı müharibə elan edə bilməz.

7. Məhkəməyə verilə bilməz



Heç bir İngiltərə vətəndaşı Kraliçanı məhkəməyə vermək hüququna sahib deyil. Həmçinin heç bir məhkəmə işinə dəlil vermək məcburiyyətində deyil. Haqqında hökm çıxarılması tamamilə qadağandır.

8. İstədiyi uşağı ailəsindən ala bilər




Kraliça Elizabeth bütün İngilis uşaqlarının rəsmi qoruyucusudur. Bu səbəbdən istədiyi uşağı ailəsindən ala bilər.

9. Özəl mülkə zərər vermə haqqına sahibdir




Misal olaraq, təcili vəziyyətlərdə istədiyi binanın və ya evin qapısını qıraraq içəri girə bilər. Heç bir şəkildə bu haqda açıqlama vermək məcburiyyətində deyil.

10. Heç bir qanuna tabe olmaq məcburiyyətində deyil




Bəli, qəribə bir son oldu, amma vəziyyət budur. Kraliça Elizabeth İngiltərədə qanundan üstündür. İstədiyini edə bilər.







kenquru.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10