Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac



Müharibə başlayandan, ondan əvvəlki dövrlərdə də onlar Azərbaycanın əleyhinə və ermənilərin xeyrinə birgə hərəkət edirdilər. Molla rejimi bu gün də özünün bütün imkanlarından istifadə edərək o ərazilərə, xüsusən Xankəndiyə lazım olan yanacaq, tikinti materialları və digər ehtiyac olan hərbi avadanlıqlar belə göndərirlər”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Bizim.Media ilə dialoq zamanı politoloq Qabil Hüseynli açıqlayıb
Siyasi ekspertin sözlərinə görə, bu barədə sülhməramlılar da bəlli bir təlimat alıblar:
“Sülhməramlılar da aldıqları təlimatı yerinə yetirirlər. Məncə, Laçın koridoruna nəzarəti Azərbaycan öz əlinə götürməsə, başqa cür olmayacaq”.
Qeyd edək ki, son günlər bəzi yerli sosial media və əcnəbi mətbuat orqanlarında xəbərlər yayılıb ki, İran və Fransaya məxsus avtomobillər Laçın dəhlizi ilə hərəkət edirlər. 5 illik sülhməramlıların məsuliyyət zonasına verilən dəhlizdə isə hərəkət yalnız ruslara və Qarabağa köçürülən ermənilərə aid olunur. Azərbaycan Xarici İşlər Nazirliyinin də bəyan etdiyi kimi, hətta Ermənistan hökumətinin üzvləri də Xankəndiyə getmək istəsə, Bakıdan icazə alınmalıdır.
Yəni, bu şərt vətəndaşları Qarabağa köçürülən Ermənistana da aiddirsə, Rusiya istisnası ilə digər dövlətlərin həmin əraziyə daxil olması yolverilməzdir. 
Amma deyəsən sülhməramlı missiya bəzi müddəaları unudub. Belə olan halda isə “Rüstəm Muradov komandası”nın məsuliyyət zonası darala bilər. Politoloqlar bu fikirdədir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10