Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatına yeni mətbuat katibi təyin olunub.
Astarainfo.az xəbər veir ki, dünən Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının növbəti iclası keçirilib. İclasda təşkilatın Kanada, İsveç, Gürcüstan və Türkiyədəki koordinatorları, həmçinin, Tatarıstan nümayəndəliyi və BDAT-nin rəhbəri Sərraf Sabir oğlu Kərimov, vitse-prezident Könül xanım Məmmədzadə və Təşkilatın İctimai Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadə xanım iştirak ediblər.
İclasın gündəliyində təşkilatın özünə məqsəd bildiyi bir sıra məsələlər müzakirə edilərək koordinatorlar arasında növbəti ildə görüləcək işlər haqqında təkliflər və iş bölgüsü aparılıb. Bununla yanaşı, ( BDAT ) rəhbərliyinin və koordinatorlarının birgə səsverməsi nəticəsində təşkilata yeni mətbuat katibi təyin olunub. Belə ki, sözügedən vəzifəyə gənc də olsa, mətbuatdan tanınan Samir Şirvanzadə seçilib.
Qeyd edək ki, Samir Şirvanzadə Astaranın ucqar dağ kəndlərindən biri olan Asxanakəran kəndində düyaya göz açıb. Asxanakəran tam orta məktəbini bitirdikdən sonra Bakı Slayvan Universitetinin Azərbaycan Filologiyası və jurnalistika fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra müxtəlif vaxtlarda hamar.az saytında redaktor, müsahibe.az saytında baş redaktor vəzifəsində çalışıb. Hazırda tolerantiq.info və aztehsil.com saytında çalışır.