Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Boşanmış qadının məgər namusu yoxdur?” - Vüsalə Kərimova


             “Boşanmış qadının məgər namusu yoxdur?” - Vüsalə Kərimova

“Zamanla o dərəcəyə gəlib çıxmışıq ki, bu gün boşanmış qadına şükür edirlər. Evdə qızlarına sahib çıxa bilməyənlər indi övladına boşanmış qadın almaq istəyir".
 
Bu sözləri teleaparıcı Vüsalə Kərimova "Senzurasız" layihəsinin qonağı olarkən deyib.
 
Həyat yoldaşından boşanması haqda danışan aparıcı boşanmış qadınların bu gün cəmiyyətdə əziyyət çəkdiyini bildirib: “Boşanmış qadınsansa, heç kəsi sevməməlisən. Yanında bir kişi olsa, mütləq onu yapışdıracaqlar ki, filankəslədir. Niyə? Çünki boşanmış qadındır. Boşanmış qadının məgər namusu yoxdur? Təəssüf ki, kənardan kimisə daşa basmaq çox asandır. Bəlkə də mən həyatımda 2-3 dəfə sevmişəmsə, o insanlar ayda 2-3 dəfə seviblər".
 
V. Kərimova daha sonra illərdir adının müğənni Yaşar Cəlilov ilə hallanmasına da münasibət bildirib:
 
"Bu ittihamları səsləndirən insanlar başıboş insanlardır. İnciməsinlər. Vüsalə 2010-cu ildən Yaşarla çalışır. 10 ildən çoxdur. Bu müddətdə Yaşar evlənib də, boşanıb da, nişanlanıb, ayrılıb da. Bunların hamısından mən daha əvvəldən olmuşam. Əgər nişanının qaytarılmasında günahkar mən idimsə, mən bu qədər güclü qadınamsa, heç onu nişanlanmağa qoymazdım da. Niyə nişanlandırıb, sonra qaytardıram ki, hələ üstümə də şər atsınlar ki, Vüsalə edib. Biz etmə-bulma dünyasında yaşayırıq. Əgər onların taleləri belə gətiribsə, demək, onlar da hardasa nəsə edib ki, belə tale ilə qarşılaşır".






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10