“Hər bir yazını paylaşandan az keçmiş kollajlar paylaşılır. Bunlar xüsusu olaraq yaradılmış azərbaycanlılardan ibarət “Qumcuq” qruplarıdır”..
F.Mustafa bildirib ki, bu işdə ən azı 20 nəfər maaş alır: “Bunlar həm də ayrı-ayrı şəbəkələrdə şəxsimlə, valideynlərimlə bağlı böhtançı, təhqiramiz rəylər tirajlayırlar. Saxta profildən yazılan böhtan və təhqirləri araşdırarkən baxırsan ki, həmin səhifələrə məlum din adamlarının təbliğatı aparılır. Söyüşlə, təhqirlə ictimai rəydə nüfuzunu aşağı salmağı hədəflləyirlər. Maraqlıdır ki, bu qumcuqların əksəriyyəti tipik danabaşlardır. Yuxarıdakı şəklin altındakı ifadəni mənim yazdığım mətndən götürsələr də, öz məqsədlərnə uyğun dəyişiblər. Bu danabaşlarda yaradıcı qafa olmadığından məntiqsiz cümlə alınıb. Barəmdə vahabi, fetoçu, İsrail agenti ifadələri də məhz bu mənbədən tirajlanır. Bizdəki danabaşları da oradan tapşırıqla bu təbliğata qoşurlar