Səudiyyə Ərəbistanında Qurban Bayramı ərəfəsində hakimiyyət sahibləri növbəti dəfə ailə qurmaq istəyən gənclərə maddi dəstək verib.
Moderator.az xəbər verir ki, bu haqda “ArabNews” məlumat yayıb.
Son illərdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman kasıblara evlənmək və normal ailə həyatı qurmaqdan ötrü maddi bazaya sahib ola bilmələri üçün sosial yardım proqramı həyata keçirir.
Proqram çərçivəsində şahzadə bu dəfə ölkədəki 200 imkansız gənc kişi və qadına ailə qurmaları məqsədilə 3,74 milyon Səudiyyə rialını (təxm. 1 milyon dollar) qrant olaraq bağışlayıb.
“Evlilik qrantları proqramın həyata keçirilməsində prioritet qruplar kimi xüsusi həyat şərtləri olan yetimlərə və əlillərə kömək edəcəkdir” – məlumatda belə deyilir.
Sultan Laçın