Türkiyənin Manisa vilayətinin Kırkağac rayonunda qaynata gəlini güllələyib, sonra intihar edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 42 yaşlı Aytekin Elmaslı gəlini, 20 yaşlı Gülcan Elmacı ilə mübahisə etdikdən sonra ona ov tüfəngi ilə iki dəfə atəş açıb. Gənc qadın qan içində yerə yıxılıb, qaynata bunun ardınca tüfəngin lüləsini öz alnına dirəyərək atəş açıb.
Silah səslərini eşidən qonşular polisə və təcili tibbi yardıma xəbər veriblər. Tibb işçiləri hadisə yerinə gələndə Aytekin Elmacının artıq keçindiyini təsbit ediblər, Gülcan Elmacı isə həmin vaxt ağır yaralı idi. Onu xəstəxanaya çatdırıblar, ancaq həkimlərin bütün səylərinə baxmayaraq gənc qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni eşidən yaxınları tibb işçilərinə hücum ediblər, bir personalı döyüblər. Qaynata ilə gəlin arasında bir ay əvvəl də dava-dalaş olduğu, amma onların barışdıqları bildirilir. İndiki davanın səbəbi məlum deyil. Gülcan Elmacının 1 uşağı olub, əri isə adam yaralama cinayətinə görə hazırda həbsdədir.