Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakını silkələyən casus proqramı: kimləri izləyib, kimləri dinləyiblər? - SİYAHI...


Bakını silkələyən casus proqramı: kimləri izləyib, kimləri dinləyiblər? - SİYAHI...

“NSO”-İsrailin casus şəbəkəsi: “CNN”, “The New York Times” və “Al Jazeera”nin jurnalistləri də nəzarət altında olublar: Dövlət başçıları, Hindistan hökumətinin 2 naziri ...

“The New York Times” yazır ki, jurnalist Camal Qaşıqçı olayına baxmayaraq İsrail Səudiyyə Ərəbistanına rəqəmsal texnologiya üzərindən casus məlumatları toplamaqda yardımını davam etdirir. Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Hindistan, Macarıstan, Ruanda, Azərbaycan, Meksika və Mərakeş hökumətləri də bu sırada yer alır.
“Pegasus” kimi tanınan “NSO” təkcə müsəlman ölkələrində işləmir, həm də ABŞ və Avropa Birliyində də fəaldır. Hələ 2019-ci ilin noyabrında “WhatsApp” “NSO”nu kiber hücumlar təşkil etməkdə suçlamışdı. Bəyan etmişdi ki, cəmi iki həftə ərzində bu şirkət 20 ölkədə 1400 “WhatsApp” istifadəçisinə qarşı casusluq əməlləri törədib.

BBC graphic

İndi məlum olur ki, Azərbaycanda da bu şirkət siyasi fəalları yaxından izləyirmiş. Jurnalistlər də diqqətdə saxlanırmış.
Qərb mətbuatı yazır ki, İsrail bu texnologiyanı Fələstin fəallarını izləmək, onları nəzarətdə saxlamaq üçün yaratmışdı. Sonra bu vasitəyə böyük tələbat olduğu ortaya çıxdı. Və “NSO” bütün dünyada fəaliyyətini genişləndirməyə başladı.
Heç də təsadüfi deyil ki, “Forbes” jurnalı əsası 2010-cu ildə qoyulmuş “Pegasus”u "dünyanın ən aqressiv mobil casus şəbəkəsi" kimi xarakterizə edib.
“BBC” yazır ki, bu şirkətin izlədiyi 50 min adamla bağlı məlumatlar media mərkəzlərinə sızıb. İsrail şırkəti hələ ki, bu ittihamları rədd edir.

BBC graphic

Bazar günü “The Washington Post”, “The Guardian”, “Le Monde” və daha 14 dünyaca məşhur nəşr bu şirkətin cinayətlərindən yazıb.

“Pegasus” “iPhones” və “Android” cihazlarına daxil olaraq özəl məlumatlara qeyri-qanuni giriş əldə edib.

Bəzi məlumatlara görə, 50 ölkədən olan min nəfərin telefonları bu şirkətin “çətiri” altında olub.

Siyahıda dövlət başçılarının, siyasətçilərin, ərəb kral ailələrinin adı var. 180 jurnalistin də adı açıqlanan siyahıda yer alır. “CNN”, “The New York Times” və “Al Jazeera” kimi nüfuzlu media mərkəzlərinin nümayəndələri də izlənilən jurnalistlər arasındadır.

İzlənilənlər arşında 2018-ci ildə İstanbulda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının Türkiyəli nişanlısı Xədicə Çingiz də var. “NSO Group” bəyan edib ki, Camal Qaşıqçının qətli ilə onların işi arasında heç bir əlaqə yoxdur.


Macar jurnalist Andras Szabo və Szabolcs Panyi də aşkara çıxmış siyahıda yer alır. Onlar əsasən araşdırmalarla məşğul olublar.
Dünyanın ən böyük demokratik dövləti adlandırılan Hindistanın isə 40 jurnalisti siyahıya daxil edilib. Hindistan müxalifətinin 3 lideri, o cümlədən əsas müxalif lider Rahul Qandi, hətta Hindistanın baş naziri Narendra Modi administrasiyasına daxil olan 2 nazir də izlənilənlər arasındadır. “BBC”nin məlumatında belə deyilir. Hindistan hökuməti bu işdə əli olmadığını bəyan edib.
Şübhəsiz ki, bu qalmaqal yaxın günlərdə daha böyük miqyas alacaq. Müvafiq olaraq əlavə və daha tutarlı məlumatlar ortaya çıxacaq. Proses hələ yeni vüsət alır.

Artıq azərbaycanlı jurnalistlərin, ictimai fəalların və bəzi nazirlərin də adları olduğu siyahılar yayılmaqdadır. İddialara görə, 70-dən yuxarı qəzet redaktoru və ictimai fəalın telefonları da casus "Pegasus" proqramına yoluxdurulub.
Musavat.com olaraq, həmin siyahını təqdim edirik. Lakin bəri başdan da bildiririk ki, buradakı adların ən azı, 60%-i göstərir ki, ölkəmizə dair bu iddialar ən azından, şişirdilib, ya da yalandır.

Siyahı bunlardır:
Xədicə İsmayıl
Elçin Şıxlı
Əvəz Zeynallı
Natiq Cavadlı
Azər Ayxan
Rauf Arifoğlu
Eynulla Fətullayev
Qənimət Zahid
Anar Orucov
Mirşahin Ağayev
Arif Əliyev
Sevinc Vaqifqızı
Bahəddin Həziyev
Seymur Kazımov
Təzəxan Mirələmli
Şahvələd Çobanoğlu
Cəsur Sumerenli
Mehman Əliyev
İslam Şıxəli
Aynur Elgünəş
Aytən Məmmədova
Gülər Mehdizadə
Fizza Heydərova
Rövşən Hacıbəyli
Xalid Bahadır
Müşfiq Cabbar
Pərviz Həşimli
Vidadi Məmmədov
Aytən Fərhadova
Aydın Canıyev
Elkin Xəlilov
Əziz Kərimov
İnarə Rafiqqızı
Sücəddin Şərifova
Zamin Hacı
Elxan Şükürlü
Vahid Mustafayev
Elnur Astanbəyli
Zahir Əzəmət
Ramin Deko
Vüsala Mahirqızı
Aynur Camalqızı
Orxan Adıgözəl
Bəxtiyar Hacıyev
Şəhla İsmayıl
İntiqam Əliyev
Şura İbrahimova
Ülvi Həsənli
Füzuli Hüseynov
Mirvari Qəhrəmalı
Bayram Məmmədov
Elmira Rəhimova
Ruslan İzzətli
Səadət Bənənyarlı
Fatimə Movlamlı
İlkin Rüstamzadə
Səidə Qocamanlı
Akif Qurbanov
Mehman Hüseyov
Nihad Hüseyn
Turan İbrahim
Əbülfəz Qurbanlı
Zaur Əkbər
Anar Məmmədli
Elman Fəttah
Xalid Ağaliyev
Ziya Quliyev
Mehriban Rəhimli
Turqut Qəmbər
Arzu Abdullayeva
Zəfər Əhmədli
Rəsul Cəfərov
Bəşir Süleymanlı.
"Yeni Müsavat" Media Qrupunun rəhbərliyi ölkınin xüsusi xidmət orqanlarının rəhbər kadrları ilə əlaqə saxlayıb, bu məsələyə münasibət öyrəniblər. Onlar bu iddiaları cəfəng və yalan adlandırıblar: "Hər bir xüsusi xidmət orqanı kimi, bizim də dinlədiyimiz adamlar, şübhəlilər var və bunların hamısı qanuni yollarla həyata keçirilir. Bizim dinlədiyimiz şəxslərin siyahısı ilə yayılan siyahı arasında heç bir əlaqə yoxdur. Biz, xüsusi proqramla xaricdə kimləri isə dinləyə bilsəydik, əmin olun, bunlar ilk növbədə xarici düşmənləriniz, Ermənistan ərazisindəki terroristlər, Azərbaycana qarşı cinayət törətmiş şəxslər olardılar. Siyahıda bir nəfər də olsun, erməni terroristinin adı yoxdursa, bu siyahının etibarlılığı barədə danışmağa gərək də yoxdur".

Azərbaycan xüsusi xidmət orqanının yetkilisi birmənalı şəkildə bildiir ki, bu siyahıdakı şəxslərin telefonları dövlət qurumları tərəfindən dinlənilməyib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10