Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Türkobada "Lexus" markalı maşın velosipedçini vuraraq qaçdı


Masallı rayonunda velosipedçi qəzaya düşərək ölüb.

Cenub.az-a verilən məlumata görə, qəza Türkoba kəndində qeydə alınıb.

Belə ki, "Lexus" markalı avtomobil Masallı rayonunun Şatıroba kənd sakini, 1983-cü il təvəllüdlü Ruhid Vəliəhəd oğlu Rəhimov velosipedlə hərəkətdə olarkən arxadan onu vurub və oradan uzaqlaşıb. Yaralı əvvəl Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb, orada ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq bu gün səhər saatlarında R. Rəhimov dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.

Aldığımız məlumata görə qəzanı törədən "Lexus"un sürücüsü saxlanılıb. Qəzanı törədənin Hişkədərə kəndindən olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10