“Ermənistanda bir “beyinsiz vətənpərvər” (bu adı ona Paşinyan verib) var. Adı Nairi Oxekyandır. O 2006-cı ildə Paşinyanla bir tədbirdə mübahisəsini yazıb. İndi Nikolun ən sərt tənqidçilərindən biridir”.
Bu barədə KONKRET.az-a açıqlamasında REAL-ın icra katibi Natiq Cəfərli deyib: “Nairi deyir ki, 2006-cı ildə Azərbaycandan iki jurnalist gəlmişdi. Müzakirələrin birində Nairi Oxekyan bizimkilərə deyib ki, ermənilər heç vaxt “Arsaxdan” vaz keçməyəcəklər. Bu zaman Nikol Paşinyan (o vaxt jurnalist idi) ona belə cavab verib: “Sən beyinsiz vətənpərvərsən, Qarabağ məsələsi bizim üçün daimi baş ağrısıdır, Azərbaycan torpağıdır, qaytarsaq, bu yükdən qurtulsaq Türkiyə ilə sərhədlərimiz açılar. Azərbaycan üzərindən Orta Asiya ilə iqtisadi əlaqələr qurular, Türkiyə və Azərbaycandan yatırımlar gələr, ağlınız olsa
Natiq Cəfərli əlavə edib ki, Nairi 2019-cu ildə başqa bir görüşdən danışıb və tədbirlərin birinə Lapşinin gəldiyini deyib: “Paşinyan da, tədbirə baş nazir kimi qatılmışdı. Nikol Lapşindən Azərbaycanda həbsxanada onu çox incidib-incitmədiklərini soruşub. Lapşin də hə cavabını verib və 9 ay həbsxanada saxlandığını deyib. Bu zaman Paşinyan Lapşinə, “yaxşı ediblər, bilmirsiz ki, işğal altında olan torpaqlara getmək olmaz. Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan torpağıdır”- deyə bildirib. Nairi Oxekyan deyir ki, bu cavabdan hamı şok yaşayıb”.
Natiq Cəfərli fikirlərini belə tamamlayıb: “Mən bilmirəm bunlar doğrudur, ya yox. Amma doğurdan da, bu hadisələr olubsa, deməli Nikol Paşinyan həqiqətən çox ağıllı adamdır”.