Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda məmur oğlu atasını məhkəməyə verdi – Milyonluq mülklərdən payını istəyir


Azərbaycanda məmur oğlu atasını məhkəməyə verdi – Milyonluq mülklərdən payını istəyir

Azərbaycanda ilginc olay baş verib. Məmur oğlu atasını mülkə görə məhkəməyə verib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, "MeliorasiyaSu Təsərürfatı" ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudov vərəsəlik hüququna əsasən atasına qarşı məhkəmə iddiası qaldırıb.

O, atasına məxsus "Varovski”dəki altı villa, bir neçə maşın təmiri servisləri, Bakı şəhərində yerləşən "Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda olan "Araz” şadlıq saraylarından özünə düşən əmlak payını istəyir.

Məlumatı Elşən Behbudovun hüquqların müdafiə edən vəkili Müşfiq Mehdiyev təsdiqləyib və bildirib ki, hazırda proses Ağdam rayon məhkəməsi tərəfindən aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10