Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Siyasi liderlərin bu hərəkətləri sizi şoka salacaq


Cənub.az Ən qeyri-adi siyasi liderlərin fərqli davranışları, gülməli qərarları haqda maraqlı faktları təqdim edir.
- Dünya liderlərinin bir-birinə müxtəlif hədiyyələr etdiyini bilirik. Şokolad, kostyum, qalstuk, saat...Zimbabvenin siyasi liderlərindən olmuş Robert Muqabenindostu Kim Yonq İlə bağışladığı hədiyyə isə tamamilə fərqli olub. O, Koreya prezidentinə fil hədiyyə edibmiş.
-Haitinin prezidenti olmuş Fransua Dyuvalyeqara itlərə nifrət edirmiş. O, öz ölkəsində qara it görmək istəmirmiş. Fərman verərək bütün qara itlərin öldürülməsini əmr edib. Belə görünür ki, onun psixoloji problemləri olub. Çünki 1971-ci ildə ABŞ prezidenti Kennedinin ölümündə özünü günahkar olduğunu deyərək onun məzarına adam göndərib. Həmin adam məzarın ətrafındakı havanı yığaraq prezidentə gətirməliydi. Məqsəd həmin havanı udaraq Kennedinin ruhuna sahiblənməkmiş.
- Şimali Koreyanın keçmiş prezidentiKim Yonq İlbir gün atdan yıxılaraq yaralanır. Vurulan ağrıkəsicilərin onda asılılıq yaradacağından qorxan Şimali Koreya rəhbəri ətrafındakı bütün vəzifəli adamlara bu iynələrdən vurulmağını əmr edir. Beləliklə, rəhbərlikdəki şəxslər arasında ağrıkəsicilərdən asılılıq təkcə onda olmayacaqdı.
-Liviyanın keçmiş prezidenti Müəmmər əl-Qəzzafidə qeyri-adilikləri yadda qalıb. Kennedini İsrailin öldürdüyünü iddia edən, “Yuventus”u sevdiyi üçün klubun səhmlərinin 7.5 faizini alan Qəzzafi öz cangüdənlərini bakirə qızlardan seçirmiş. “Amazon cangüdənlər” adlanan bu qadınlar, atəş açma, əlbəyaxa döyüş təlimi keçərək şəxsən Qəzzafi tərəfindən seçilirdi.
-Dominikan Respublikasının mərhum prezidenti Rafael Trujilloailəsini çox sevirdi. Oğlu Ramifisə 3 yaşında polkovnik rütbəsi vermişdi, qızına kraliça tacı taxmışdı. Arvadını isə hamıdan çox sevirdi. Onun adının Dominikan Respublikasından kənara çıxmasını təmin etmək üçün Nobel Ədəbiyyat Mükafatı almasını istəyirdi. Bunun üçün hətta bir lobbi də yaratmışdı. Problem bundaydı ki, qadının savadı yox idi, oxuyub-yazmağı da bacarmırdı.
-Uqanda diktatoru İdi Amin300 mindən çox insanın ölümünə görə günahkar olsa da, qəlbi sevgi ilə dolu imiş. Ailə həyatı qurmaq, evlənmək onun da arzusu imiş. Sadəcə evlənmək üçün deyəsən bir az düzgün olmayan insanı seçmişdi. İdi Amin İngiltərə kraliçasına məktub yazıb ona eşq elan etmişdi. Onunla evlənmək istədiyini bildirirdi. Özünü də gələcəkdə Şotland kralı kimi görürdü. Amma bu məktubların heç birinə kraliça cavab yazmamışdı.
- Ekvatorial Qvineya prezidenti Fransisko Masias Nqemada qəribə adam olub. Bir dəfə elektrik stansiyalarında yağ istifadə edilməsini qadağan etmişdi. Nqema düşünürdü ki, özünün sehrli gücü stansiyanın işləməsi üçün kifayət edir. Amma stansiya işləmədi. Belə qeyri-adi “kəşf”lərinə görə intellektual insanlar tərəfindən tənqid olunurdu. Buna görə də Nqema onlara nifrət edirdi. Nəhayət o qədər əsəbiləşdi ki, ölkədə özəl məktəbləri qadağan etdi, açıq şəkildə ölkədə intellektual insan görmək istəmədiyini bəyan elədi.
-Türkmənistanın prezidenti Saparmurat Niyazovda dünyada özünün qeyri-adi işləri ilə tanınırdı. Ayların və günlərin adlarını öz nəslindən olan insanların adları ilə dəyişmişdi. Baleti, maşında radioya qulaq asmağı qadağan etmişdi. Yazdığı “Ruhnamə” əsərinin hamı tərəfindən oxunması məcburi idi. Məsələn, sürücülük vəsiqəsi almaq istəyənlər bu kitab barəsində olan suallara da cavab verməliydi. Hətta əsərinin bir nüsxəsini raketlə kosmosa da göndərib. Qəzetlər isə yazırdı ki, dünyanı fəth edən “Ruhnamə” indi də kosmosu fəth edəcək.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10