Türkiyə Əfqanıstandan qaçqınların kütləvi axınının qarşısını almaq üçün İranla dövlət sərhədlərinin mühafizəsini gücləndirib və sərhədə 20 minlik kontingent, o cümlədən xüsusi təyinatlı qüvvələr yerləşdirib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bundan əlavə sərhəd bütün sutka boyu havadan pilotsuz təyyarələrlə izlənir. Bu da qeyri-leqal miqrantların ölkə ərazisinə keçməsi imkanlarını xeyli məhdudlaşdırıb.
Qeyd edək ki, Əfqanıstandakı hazırkı vəziyyət region ölkələrini qaçqın axını riski ilə üz-üzə qoyub. Artıq minlərlə əfqan “Taliban”la Kabil hökumətinə bağlı qüvvələrlə döyüşlərdən qaçaraq Orta Asiya respublikalarına sığınıb. Eləcə də Əfqanıstandan qaçqınların dağlıq ərazilərlə İrana, oradan Türkiyəyə keçməsi riski var. Son günlər Türkiyə KİV-ləri yüzlərlə əfqan qaçqının ölkənin İranla həmsərhəd kəndlərinə keçdiyi və oradan ölkə ərazilərinin içərilərinə səpələndiyi haqda xəbərlər yayır.
Türkiyənin İranla sərhədi daha əvvəl də PKK yaraqlılarının və narkotacirlərin sızmasının qarşısını almaq üçün möhkəmləndirilmişdi, sərhədə yüz kilometrlər boyu modul beton bloklar və optik müşahidə qurğularının qoyulduğu qüllələr yerləşdirilmişdi.