Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şəhid ailələri bir məkanda -“Halal süfrədə”


“Ümidim sənsən”İb-nin Masallıdakı 40-a yaxın şəhid ailəsi üçün təşkil etdiyi Qurban Bayramı süfrəsi həmin ailələri bir araya gətirdi.

Xatırladaq ki, bundan öncə “Ümidim sənsən” İB 10-a yaxın şəhid övladı üçün İsti su ərazisindəki Masallı Otel restoranda, 50-ə yaxın ərkivanlı Qarabağ döyüşçüsü üçün Grand restoranda belə tədbir düzənləmişdi.

Bu dəfəki tədbir isə daha möhtəşəm idi. 40-a yaxın şəhid ailəsinin 70 nəfər üzvünü bir araya gətirən bu toplantı “Ümidim sənsən” İb-nin sədri Fidan Abbaslının təşəbbüsü və təşkilatçılığı, ABŞ-da yaşayan həmyerlimiz Orxan bəyin, Nuranə Ağazadə və ailəsinin maddi dəstəyi ilə təşkil olunmuşdu.

Tədbirdə şəhid ailələri bir araya gəldi. Ürək dolusu dərdləşdi, xatirələrini şəhidlərlə bağlı paylaşdı. Sonda bütün şəhid ailələrinə bayram sovqatları verildi, birgə şəkil şəkdirildi.

Tədbirin təşkilatçıları bu xeyirxah işdə onlara yardımçı olduqlarına görə “Halal süfrə” restoranının rəhbərliyinə, Masallı Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyevaya, fotoqraf Tural Hüseynova  təşəkkürlərini bildirir, belə tədbirlərin davamlı olacağını vurğuladılar.

Cenub.az. Faiq Hüseynzadə






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10