Britaniyada yaşamaq hüququ verən “qızıl viza” alanların sayı açıqlanıb. 2008-ci ildən bu günə kimi 121 azərbaycanlı bu vizanı alıb".
Yeniavaz.com xəbər verir ki, bu barədə tarixçi Altay Göyüşov öz sosial şəbəkə profilində yazıb.
"Bu vizanın qiyməti təxminən iki milyon yeddi yüz min dollardır (iki milyon funt sterlinq). Müqayisə üçün deyim ki, Gürcüstandan 28 nəfər, Ermənistandan 5 nəfər, Özbəkistandan 12 nəfər, Qırğızıstandan 7 nəfər bu vizanı alıb", - deyə A.Göyüşov qeyd edib. Tam siyahıya buradan baxa bilərsiniz.