Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əhali sərt qapanmaya hazır olmalıdır - Qorxunc virus qapımızda!


“Delta” ştammı “SARS-CoV-2”nin çoxsaylı mutasiyalarından biridir və birinci dəfə Hindistanda tapıldığı üçün həm də Hindistan ştammı adlanır. Burada virusda  P-681R mutasiyası qeyd olunur ki, bu zaman tikanlı zülalın bir fraqmenti dəyişikliyə uğrayır və virus daha yoluxucu xarakter alır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Həkim bütün yaş qruplarında sözügedən virusun aşkarlana biləcəyini diqqətə çatdırıb:

“O cümlədən 12-20 yaş aralığında olan şəxslərdə də aşkarlanması mümkündür. Xəstəliyin gizli dövrü isə artıq yeddi yox, üç gündür. Yəni virus daha tez aşkarlanır. Bu xəstəliyin əsas əlamətləri halsızlıq, yüksək temperatur, miqren tipli baş ağrısı, boğaz ağrısı, öskürək və burun iltihabıdır. O, “alfa”-Britaniya ştammı ilə müqayisədə 1.85 dəfə yoluxucu sayılır. Artıq 98 ölkədə bu qeydə alınıb və artım davam edir. Ən dəhşətli epidemioloji vəziyyət Hindistandadır. Ölkədə əhali sıxlığı çox, təmaslar yüksək olduğuna görə yoluxma da çox olub. 400 mindən çox insan virus səbəbilə həyatını itirib və çox ciddi vəziyyət yaranıb”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, dünyada dördüncü dalğanın və yeni növ pandemiyanın başlanğıcının qarşısını almaq üçün artıq xeyli işlər görülür, kütləvi vaksinasiya gedir:

“Delta” ştammına qarşı ÜST-nin qeydə aldığı vaksinlər - “Pfizer-BioNTech”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” effektlidir. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu vaksinlərin üçüncü dozasının vurulma ehtimalı da nəzərə alına bilər. Bütün verilən qərarlar və karantin qaydalarının sərtləşdirilib-sərtləşdirilməməsi epidemioloji vəziyyətdən asılıdır. Çünki bu gün Azərbaycanı əhatə edən ölkələrdə bu ştamm tapılıb, hətta Rusiyada situasiya xeyli ciddiləşib, ona görə hesab edirəm ki, Azərbaycan bunu nəzərə alıb müəyyən karantin tədbirlərinə hazır olmalıdır. Təəssüf ki, əhali karantinin bitdiyi düşüncəsindədir, bu yolverilməzdir. Biz pandemiyanın davam etdiyini anlamalı və sonrakı problemlərin qarşısını almalıyıq”.

Sayad HƏSƏNLİ





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10