Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

51 yaşlı ərkivanlı Rusiyanın Voljski şəhərində boğularaq öldü


Cenub.az-a verilən məlumata görə dünən axşam saatlarında Rusiyanın Voljsk şəhərində, Volqa çayında Ərkivanın Bədirli məhəlləsindən olan 1970 təvəllüdlü Rəfiyev Nahid Adəm oğlu boğularaq vəfat etmişdir.

İlkin yayılan məlumata görə əvvəlcə N.Rəfiyevin 10-12 yaş arası oğlu boğulurmuş, o, üzə bilmədiyi halda oğlunu xilas etmək istəyib. Daha sonra ətrafdakılar oğlunu xilas etsələr də, onu xilas edə bilməyiblər.

Qeyd edək ki, N.Rəfiyevin cənazəsi bir neçə günə doğma vətənə gətiriləcək.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10