Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xudavəng monastrında 7 erməni keşişi niyə yaşayır və onları kim qoruyur? – ŞOK FAKTLAR


“Kəlbəcərdəki Xudavəng monastrında yeddi ermeni ruhani qalır və onların təhlükəsizliyini Rusiya sülhməramlı qüvvələri təmin edir”.
Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə fikir bildirib. O bildirib ki, Xudavəng monastrı qədim Alban-udin məbədidir və müharibədən sonra udinlərin ora dini səfəri təşkil edilirdi. Bu çox düzgün addım idi. İndi onların səfəri niyə təşkil edilmir? Azərbaycanın Qəbələ, Şəki, Gədəbəy və digər regionlarında Alban məbədləri var. Kəlbəcərdə Xudavəng məbədinə ermənilərin gəlişinə Azərbaycan tərəfi haqlı olaraq imkan vermir. Məhz Azərbaycanın bu addımından ermeni keşişlər narazılıq edir. Həmin keşişləri də oradan qovmaq lazımdır. Təklif edirəm ki, Xudavəngdə şərait yaradılsın və udin din xadimlərinin daima yaşaması təşkil edilsin, üstəlik onlara maaş verilsin”.

                               Yazarlar Məhəmməd Əsədullazadə
Politoloq əlavə edib ki, Kəlbəcərdəki monastr Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında və ermənilərin kompakt yaşadığı ərazidə deyil: “Ermənilərin Kəlbəcərdəki monastra gəlməyə nə mənəvi, nə də hüquqi haqları yoxdur. Həmçinin Azərbaycan tərəfi də, buna icazə verməməlidir. Ermənilər Xudavəngi “qədim erməni” irsi elan edərək, əleyhimizə təbliğat aparır. Ona görə də, Xudavəngdə udinlər üçün tam şərait yaradıb onların dini ayinlərini mütəmadi olaraq təşkil etmək və erməniləri məbəddən çıxarmaq lazımdır. Qarabağda 64 məsciddən 63-nü dağıdan məhz erməni din adamları olub. İki yüz ildir ki, ermeni keşişləri və kilsə Azərbaycana qarşı etnik düşmənçiliyin, terrorun mərkəzidir.  Erməni keşişlər daima işğalın reallaşmasında mühüm rol oynayıblar. Xudavəng Monastrında yeddi erməni keşişin qalması, bu Monastrı Azərbaycana qarşı siyasi- ideoloji terrorun mərkəzinə çevirib. Monastrda onların daima yaşamasına və ibadətdinə icazə verilməməlidir”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10