Cenub.az Unikal.org-a istinadla xəbər verir ki, “Hyundai Santa fe” markalı avtomobil idarəetmənin itməsi səbəbindən 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb.
Qeyd edək ki, bu qəzada 2 polis işçisi yaralanıb. Onlardan Masallının Ərkivan qəsəbəsindən olan Cahandar Məmmədovun xəsarəti yüngüldür, digəri Cəlilabad rayonundan olan Elgün Ağazadənin vəziyyəti isə olduqca kritikdir. E.Ağazdə hazırda Cəlilabad rayonundakı xəstəxanada ciddi həkim nəzarətindədir.
Faktla bağlı araşdırma aparılır.
Cenub.az