Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daşkəsən başçısı Əhəd Abıyev: “Əli İnsanova möhkəm yumruq vurdum, yerə yıxıldı...”


İyulun 8-də Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi, əsgər Bağırov Elnur Sahib oğlunun adına inşa edilən ehsan bulağının açılışı baş tutub. Açılış zamanı icra başçısı Əhəd Əbiyev sabiq səhiyyə naziri Əli İnsanovu tənqid edib. (unikal.org)
"Deputat olduğum illərdə Heydər Əliyev adına Respublika Sarayı qarşısında keçirilən tədbirdə müxtəlif rayonlardan olan şəxslər Əli İnsanova yaxınlaşaraq bəzi xahişlər edirdilər. Ə.İnsanov da həmin insanları təhqir edirdi. Bu vaxt bir neçə nazir də orada idi. Mən ona iradımı bildirdim və dedim ki, niyə vətəndaşı təhqir edirsən. Onun kobud cavabından sonra özümü saxlaya bilmədim. İdmançı, boksçu olmağımdan istifadə edib, ona möhkəm yumruq vurdum. Əli İnsanov həmin yumruğun təsirindən ağzı üstə yerə yıxıldı. Bunu bütün mətbuat da, bir çox şəxslər də bilir. Həmin hadisədən bir müddət sonra onu  həbs etdilər. Arvadı faşist "nemka" olduğu təqdirdə, Ə.İnsanov hansı dövlətçilikdən danışa bilər?!".
                  
Ə.Əbiyev qeyd edib ki,  bir neçə gün öncə özünü şəhid ailəsi kimi təqdim edərək,  onun adamları tərəfindən döyüldüyünü iddia edən Sevda Şıxıyeva Əli İnsanovun adamıdır:
"Onlar Əli İnsanovun partiyası ətrafında toplaşaraq Daşkəsəndə müxalifət partiyası yaratmaq istəyirdilər. Mən bunların qarşısını almışam. O şəxslər Ə.İnsanovla birlikdə şəhid ailələrinin adından istifadə edərək yalan, böhtan yayırlar".
Xatırladaq ki, bu günlərdə Əhəd Abıyevin şəhid anasını döyməsi haqda sosial şəbəkələrdə məlumatlar yayılmışdı...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10