Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ağa” və “bəy” kimi yaşayan Ağabəy Əsgərovun sonu ÇATIB? – Aparılan yoxlamalar nədən xəbər verir?



Adı uzun illərdir “reketlər yuvası” kimi hallanan Azərbaycan Nəşriyyatında Hesablama Palatasının yoxlamalara başlaması haqda məlumatlar yayılıb. Hətta nəşriyyatın direktoru, ölkə mediasını iflic vəziyyətə salan Əli Həsənovun kadrı kimi tanınan Ağabəy Əsgərov açıqlama verərək, bunun təqvim yoxlamaları olduğunu deyib. Amma dövlətin nəşriyyatını şəxsi əmlakı hesab edən cənab Əsgərovdan fərqli olaraq, hər kəsdə “reketlər yuvası”nın bu yoxlamalardan sonra öz əsas missiyasına geri dönəcəyinə dair inam yaranıb. Yəni Əsgərov erası elə bu yoxlamalarla da bitəcək və nəşriyyat keçmişdə olduğu kimi, yenidən medianın əsas ocaqlarından birinə çevriləcək. Ağabəy Əsgərovun rəhbərlik etdiyi bu qurumun “reketlər yuvası” kimi ad çıxarması isə əbəs deyil. Yəqin hər kəs hələ bir neçə il öncə DTX-nin Azərbaycan Nəşriyyatında keçirdiyi əməliyyatları və nəticədə “reket jurnalistlərin” həbs edildiyini yaxşı xatırlayır.
Nə yazıq ki, Əsgərovun “qoçuluğu” bununla da bitmir. Bir vaxtlar mətbuatın əsas məkanı sayılan nəşriyyatın otaqlarında indi mediaya aidiyyatı olmayan hər nə desən tapmaq mümkündür. Reklam firmalarından tutmuş, lambir sexi və hətta çayxanaya qədər hər şeyə rast gəlmək olar Azərbaycan Nəşriyyatının divarları arasında. Aydın məsələdir ki, Ağabəy Əsgərov bu otaqları ayrı-ayrı işbazlara kirayə verərək, pul qazanır və beləcə mətbuatın tarixində “qara yara”lar açılır.
Digər bir məsələ haqqında da yerli mediada uzun-uzadı danışılıb. Söhbət nəşriyyatın baxımsızlığından gedir. Amma görünür, dövlətin binasını şəxsi mülkü hesab edərək oradan pul qazanan Əsgərovun əli gəlmir ki, “çörək təknə”sini təmir etdirsin. Nəşriyyatın binasında illərdir liftlərin işləmədiyi (yaxud bərbad vəziyyətdə olduğu), otaqların demək olar ki, baxımsızlıqdan istismara yararsız olduğu, kanalizasiya sisteminin sıradan çıxması səbəbindən ətrafa üfunət qoxusunun yayıldığı hər kəsə bəllidir. Ancaq Ağabəy müəllim özü “ağa” və “bəy” kimi yaşadığından, bütün bunlara fikir vermir. Yalnız dövlətin pullarını sağa-sola xərcləməklə məşğuldur. Ancaq bir gün haqq-hesab zamanı gələcək, çox hörmətli Ağabəy müəllim. Bax, o zaman viran qoyduğunuz nəşriyyatın divarları da dil açıb sizin etdiklərinizi danışacaq. Yol yaxınkən tövbə edin. Qanun tövbələri bağışlamasa da, Uca Yaradan bəlkə sizə rəhm edər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10