Dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqatinin Yenisabah.az-a müsahibəsi:
- Reza bəy, bir neçə gün əvvəl sosial şəbəkə hesabınızda paylaşım edərək Qarabağla bağlı yeni bir layihəyə başladığınızı qeyd etmisiniz. Bu layihəni həyata keçirməyi nə vaxtdan planlaşdırırdınız?
- Müharibə başladıqdan dərhal sonra, yəni oktyabr ayından etibarən Qarabağın şəkillərini çəkməyə başladım. Həmçinin müharibədən sonra da Qarabağa getdim və oranın ermənilər tərəfindən nə hala salındığını, bütün dağıntıları, vandalizm nümunələrini gördüm. Gördüklərim isə məni dəhşətə saldı, məhz tarixdə qalmaları üçün onları çəkməyə başladım. Elə həmin vaxt başa düşdüm ki, artıq reallığı dünyaya nümayiş etdirmək üçün yerdən çəkiliş etmək bəs etmir, ona görə də bütün bu vəhşilikləri havadan dron vasitəsilə göstərmək fikrinə gəldim. Bu mənim yeni layihəmdir. İşğaldan azad edilən kəndlərdə, şəhərlərdə ermənilərin törətdiyi vəhşilikləri hər kəsə göstərəcəm.
- Qarabağla bağlı bütün dünyanın diqqətini çəkəcək bir sərgi keçirəcəksinizmi?
- Hazırda Fransadayam, dörd böyük şəhərdə sərgi və konfranslarım keçirilir. Qarabağ həqiqətlərini, gözümlə gördüklərimi daha çox insana çatdırmağa çalışıram. Lakin təəssüf ki, burada erməni lobbisi çox güclüdür və Azərbaycan haqqında mütəmadi olaraq həqiqəti əks etdirməyən məlumatlar yayırlar. Erməniləri isə daha çox müharibə qurbanı kimi göstərməyə çalışırlar, amma mənim bir insan, jurnalist kimi vəzifəm həqiqətləri dünyaya, o cümlədən Fransaya çatdırmaqdır.
- Layihə bitdikdən sonra bu istiqamətdə daha hansı planlarınız var?
- Bu işlər bitdikdən sonra Qarabağ haqqında bir neçə kitab hazırlamaq niyyətindəyəm. Çünki burada çəkdiklərim bir kitaba sığmayacaq, ona görə də hər şeyi təsvir etmək üçün bir neçə kitab hazırlamalıyam. Həmçinin dünyanın bir neçə ölkəsində böyük şəhərlərdə bundan sonra da sərgilər keçirmək kimi bir planım var. Yəni gördüyüm hər şeyi maksimum çatdırmağa çalışacam. Dünya azərbaycanlılarından da bu istiqamətdə dəstək gözləyirəm, haqq səsimizi dünyaya çatdırmaqda mənə kömək olsunlar