Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Doktor Qebreyesusun həyacanlı bəyanatı: yeni ştammlar vaksinlərə qalib gəlir


Koronavirusun yeni ştammları yüksk yoluxdurma dərəcəsinə görə vaksinlərə qalib gəlir. Dünya Səhiyyə Təşkilatının rəhbəri, doktor Tedros Qebreyesus bu həyacanlı bəyanatla çıxış edib. O, yaranmış vəziyyətə görə “vaksin milliyətçiliyi” tətbiq edən ölkələri günahlandırıb.
“COVİD-19 virusunun variantları hazırda vaksinlərin istehsalında və paylanmasında hökm sürən qeyri-bərabərliyə görə vaksinlərlə yarışda qalib gəlir. Bu da o cümlədən qlobal iqtisadi bərpanı təhdid edir”,-Dünya Səhiyyə Təşkilatının rəhbəri bildirib.

O, “vaksin millətçiliyi” strategiyasını tənqid edib və bildirib ki, bunun nəticəsi olaraq bir qrup ölkə koronavirusa qarşı pereparatların böyük hissəsinə malikdir. Habelə Qebreyesus bir sıra dövlətlərin karantin tədbirlərini vaxtından əvvəl yumşaltdığını narahatlıqla qeyd edib. Bildirib ki, COVİD-19 pandemiyası hələ başa çatmayıb və bir sıra ölkələrdə xəstəliyin kəskin artımı müşahidə olunur.
Qebreyesusun sözlərinə görə, Hindistanda, Afrikada, Latın Amerikasında oksigen və tibbi avadanlıqlar çatışmır.
Qeyd edək ki, koronavirusun “delta” ştammı hazırda dünyada dominanta çevrilməkdədir. Virusun bu variantı ilkin variantından iki dəfə çox yoluxdurucudur və vaksinlərə qarşı davamlıdır. Belə ki, ən güclü vaksinlərin belə “delta” variantına qarşı qoruyuculuğu sürətlə aşağı düşməkdədir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10