Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Biz çalışırıq ki, özümüzü dırnağarası jurnalist adlandıran adamlardan xilas edə bilək - ELÇİN ŞIXLI



“Biz çalışırıq ki, özümüzü dırnağarası jurnalist adlandıran adamlardan xilas edə bilək. Çünki jurnalist adını, peşəsini o qədər aşağı səviyyəyə salmışıq ki, hər yerindən duran özünə jurnalist deyir”.
KONKRET.az-ın məlumatına görə, bunu Moderator.az-a açıqlamasında media eksperti, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib. O, jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqələrinin verilməsidən sonra vəziyyətin necə olacağını gözləyəcəklərini bildirdi:

“Medaianın İnkişafı Agentliyi tərəfindən jurnalistlərə veriləcək jurnalist vəsiqəsindən sonra vəziyyətin necə olacağını görəcəyik. Dünən Əhməd müəllimin açıqlamasına fikir vermisinizsə, deyir ki, istəyən adam vəsiqə üçün müraciət edə bilər. Yəni burda məhdudiyyətdən söhbət gedə bilməz. Tələblərin isə nədən ibarət olduğunu açıqlayanda onu da görəcəyik. Biz çalışırıq ki, özümüzü dırnağarası jurnalist adlandıran adamlardan xilas edə bilək. Çünki jurnalist adını, peşəsini o qədər aşağı səviyyəyə salmışıq ki, hər yerindən duran özünə jurnalist deyir. Yəni peşənin adını ona cəmiyyətdə olan münasibətlə dəyişməliyik. Onu dəyişə bilsək, istəyimizə nail olarıq. Bu da ondan ibarətdir ki, peşəkarlar peşakarcasına doğru və dürüst yazmalıdırlar. İnsanlar doğru-dürüst informasiya ala bilməyəndə başlayırlar ətrafda onların düşüncəsinə uyğun olan həqiqət axtarmağa. Biz də insanlara istədiyini verə bilməyəndə təbii ki, o başqa yerdə nəsə axtaracaq. Biz cəmiyyətə doğru-dürüst məlumat verməliyik. Yox əgər yalandan artistlik edəcəyiksə, məlumat vermək əvəzinə təbliğat və təşviqatla məşğul olacağıqsa, onda heç nəyə nail ola bilməyəcəyik”.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyi tərəfindən jurnalistlərə vahid formalı jurnalist vəsiqəsi veriləcəyi bildirilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10