Aksiyaçılar nazirin istefasını tələb edirlər
İranın bir neçə şəhərində elektrik enerjisinin verilməsində yaranan fasilələrə etiraz olaraq əhali aksiyalar keçirib. AYNA xarici mediaya istinadən bildirir ki, İran ərazisində elektrik enerjisinin verilməsində fasilələr isti hava şəraitinin başlanması ilə əlaqədar yaranıb.
Bir müddətdir işıqsızlıqdan əziyyət çəjkən etirazçılar bildiriblər ki, bəzən gün ərzində 5-6 saat elektriksiz qalırlar.
“Bu, bizim gündəlik həyatımıza mənfi təsir göstərir”, - deyə etirazçılardan biri söyləyib.
Məlumata görə, aksiyalar Gülüstan əyalətinin Kürdkey, Bender Qez, Bender Türkmən və Akkala rayonlarında, Mazandaran əyalətinin Babulse və Kaimşehr Amul rayonlarında baş tutub. Vətəndaşlar paytaxt Tehranın cənubunda elektrik enerjisi idarəsinin binası qarşısında da etiraz aksiyası keçiriblər.
Etirazçılar İranın yol və şəhərsalma naziri Məhəmməd Əslaminin istefasını tələb edirlər.