Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Milyarderdən dünyanın gələcəyi ilə bağlı qorxunc İDDİA: Yeni dağıdıcı fəlakətlərə hazır olmaq lazımdır


Bill Qeytsin “gözlə görünməyən, kimin, haradan istifadə etdiyi bilinməyən silahlar”la bağlı iddiasını koronavirus doğrultdu; İndi başqa bir amerikalı milyarder Uorren Baffet isə pandemiyadan daha dəhşətli ola biləcək bioloji, kimyəvi, nüvə və qlobal kiber hücumlarının anonsunu verdi...

Artıq ikinci ildir ki, dünyada pandemiya hökm sürür. Bu müddət ərzində dünya pandemiyanın şərtlərinə uymaq məcburiyyəyində qaldı. Və bu fəlakətin nə zaman sona çatacağı da hələlik məlum deyil.
Pandemiyanı törədən koronavirusun nəzarət altına alınması hələ mümkün olmayıb. Düzdür, bir sıra vaksinlər icad olunub və bütün ölkələrdə insanlara tətbiq edilir. Müəyyən qədər yoluxma sayının azalmasına da nail olunub.
Ancaq bununla belə, virusun tamamilə yox olacağı müddət barədə elə bir ciddi təsəvvürlər yoxdur. Ən yaxşı halda, bu barədə müxtəlif ehtimallara, proqnozlara təsadüf olunur. Həmin ehtimalların özü də o qədər də ümidverici deyil.
1000x-1.jpg (277 KB)
Son vaxtlar dünyada pandemiyanın üçüncü dalğasının ola biləcəyi barədə ciddi xəbərdarlıqlar gündəmə gətirilməkdədir. Xəbərdarlıqların əsas müəllifi rolundasa, məhz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çıxış edir. Halbuki virusun yayıldığı ilk mərhələdə tutduğu qeyri-şəffaf, hətta aldadıcı hesab oluna biləcək mövqe ÜST-ə olan inamı da zəiflədib.
Hər halda, bu virusun sürətlə yayıldığının bu beynəlxalq qurum tərəfindən israrla gizlədilməyə çalışılması hələ unudulmayıb. Hətta bu qurumu virusu yayanların əlində alətə çevrilməkdə ittiham edənlər də olmamış deyil. Və ÜST bu ittihamları hələlik özündən tam uzaqlaşdıra bilməyib.
Onu da qeyd edək ki, pandemiyanın təbiət hadisəsi olduğuna artıq dünyada elə də çox adam inanmır. Əsas rəylər ondan ibarətdir ki, bu virus insan tərəfindən laboratoriya şəraitində yaradılıb. Və müəyyən dərin güclərin təlimatlarına əsasən məqsədyönlü şəkildə insanlar arasında yayılıb.
Maraqlıdır ki, ABŞ-ın xüsusi xidmət servisi CİA və Böyük Britaniyanın kəşfiyyat orqanı Mİ6 tərəfindən bu ehtimalı dəstəkləyən rəylərin yayılmasından sonra virusun mənşəyi barədə narahatlıq doğuran qənaətlər daha da möhkəmlənib. İndi dünyanın məqsədli “xüsusi əməlyyata” məruz qoyulması barədə iddialara inanların sayı çoxalmaqda davam edir. Və artıq dünyanı “planlı soyqırıma” məruz qoyanların tapılıb, cəzalandırılması tələb olunur.
news_0007_Rockefeller-foundation-730x400-1.jpg (69 KB)
Məsələ ondadır ki, hazırda pamdemiyanın bu ilin sonuna qədər sona çata biləcəyi ilə bağlı ehtimallar da ciddiyə alınmir. Xüsusilə də, vaxtaşırı virusun yeni mutasiyalarının peyda olması da insanlarda gələcəyə inamı zəiflədir. Hər halda, son vaxtlar virusun “Delta” və “Delta+” ştamlarının yayılması yeni təhlükəli situasiyadan xəbər verir.
İlkin məlumatlara görə, “Delta+” ştammı daha sürətlə yayılır və öldürücü təsiri özündən əvvəlkilərdən müqayisəedilməz səviyyədə güclüdür. Bəzi iddialara görə, “Delta+” virusun daha da gücləndirilmiş versiyasıdır. Və onu yayanların əsas məqsədi vaksinasiya ilə pandemiyanı nəzarət altına almaq istəyən dövlətləri aciz duruma salmaqdır.
Onu da qeyd etmək lazımdır ki, bir müddət öncə Rockefeller Foundation tərəfindən gündəmə gətirilən təklif də müəyyən şübhələrə yol açıb. Belə ki, bu fond Beynəlxalq Valyuta Fonduna (BVF) maliyyə imkanları zəif olan üçüncü dünya ölkələrinə vaksin alınması üçün 500 milyard dollar məbləğində kredit ayrəlmasını təklif edib. Rockefeller Foundation hesab edir ki, daha sonra ehtiyaca uyğun şəkildə həmin kredit məbləğini iki trilyon dollara qədər artırmaq da olar.
Əlbəttə, ilk baxışdan xeyriyyə məqsədi daşıyan təklif təsiri bağışlayır. Ancaq bir qədər diqqətlə yanaşdıqda, bu təklifin üçüncü dünya dövlətlərini borclandıraraq, onların ümumiyyətlə, BVF-nin patronajlığı altına salınması məqsədinə hədəflənə biləcəyini də ehtimal etmək lazım gəlir. Hər halda, hazırda vaksin almaq imkanı olmayan üçüncü dünya ölkələrinin həmin kredit borclarını heç vaxt qaytara bilməyəcəyi anlamaq o qədər də çətin deyil.
b72501a13487e1ed4dd65ccb694bc9c8.jpeg (20 KB)
Deməli, bu təklif reallaşarsa, iki önəmli hədəf reallaşmış ola bilər. Birincisi, üçüncü dünya ölkələrinə verilmiş kreditlər son nəticədə nəhəng dərman (vaksin) istensalçısı olan şirkətlərin bank hesablarında toplanacaq. Həmin nəhəng şirkətlər daha da varlanaraq, güclənəcəklər. Dövlətlərə meydan oxumaq imkanları qazanacaqlar.
Digər tərəfdənsə, öz kredit borclarını qaytara bilməyən üçüncü dünya dövlətləri BVF-nun əsarətinə düşəcək. BVF-nun arxasında gizlənən dərin güclər bu qurumun üzərindən borclu ölkələrin təbii sərvətlərini hər hansı müqavimətlə üzləşmədən mənimsəyə biləcəklər. Və bununla da BVF dünyanın bəzi önəmli regionlarda, xüsusilə də, Afrika qitəsində dövlətlərin əsarət altında saxlayan, onları özünə sərfəli şəkildə idarə edən üstquruma çevrilmiş olacaq.
Bütün bunları nəzərə aldıqda, pandemiyanın bəşəriyyət üçün nə qədər böyük təhlükə və fəlakət mənbəyi olduğunu anlamaq qətiyyən çətin deyil. Ona görə də, dünya “dərin güclər” tam əsarətinə düşmədən bu fəlakət mənbəyindən xilas olmaq vacibdir. Yəqin ki, bu, yalnız virusun antivirusu tapıldığı təqdirdə, mümkün ola bilər.
Halbuki, pandemiyadan xilas olacağı halda da dünyanın tam təhlükəsiz olacağına təminat yoxdur. Məsələn, amerikalı biznesmen, “Berkshire Hathaway”in sahibi Uorren Baffet pandemiyanın ardınca dünyanı gözləyən yeni dağıdıcı çağırışlardan və gözlənilən böyük risklərdən danışıb. Və bu adamın dediklərini ciddiyə almağa ehtiyac olmamış deyil.
Onun iddiasına görə, dünya pandemiyadan daha dəhşətli fəlakətlər ilə də üzləşə bilər: “Pandemiya davam edəcək. Ancaq bizi gələcəkdə bundan daha dəhşətli fəlakətlər də gözləyə bilər”.
756200859985344.jpg (57 KB)
Uorren Baffet hazırda dünyanın yalnız bioloji deyil, həm də nüvə, kimyavi və qlobal kiberhücum təhlükələri ilə üz-üzə olduğunu vurğulayıb. Onun fikrincə, sadalanan təhlükələrin hər birisi daha dağıdıcı fəlakətlər törədə bilər: “Ona görə də, bəşəriyyət bundan sonra daha dəhşətli və qorxunc fəlakətlərə indidən hazırlaşmalıdır”.
Göründüyü kimi, amerikalı biznesmen dünyanı gələcək kataklizmlər barədə zəbərdar etməyə çalışır. Əlbəttə bəziləri üçün bu xəbərdarlıqlar bir qədər fantastik görünə bilər. Ancaq unutmaq olmaz ki, vaxtilə başqa bir milyarder Bill Qeytsin də analoji iddiaları ciddiyə alınmamaışdı.
Məsələ ondadır ki, 2015-ci ildə Bill Qeyts üçüncü dünya müharibəsi barədə danışarkən ənənəvi silahların öz zamanını doldurduğunu bildirmişdi. O, vurğulamışdı ki, növbəti müharibədə “gözlə görünməyən, kimin, haradan istifadə etdiyi bilinməyən silahlar” ön planda olacaq. Hazırda bütün dünyanı öz təsiri altında saxlayan pandemiyanın törədicisi olan koronavirus fəlakətini gördükdən sonra B.Qeytsin haqlı olduğu eynilə təsdiqlənmiş olur.
Bu baxımdan, daha bir amerikalı milyarderin - Uorren Baffetin qorxunc iddiaları narahatlıq doğurmaya bilməz. Yəni, bu milyarderin dediklərinin də bir neçə ildən sonra özünü doğrultmayacağına qətiyyən tam təminat yoxdur.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10