“Söylədiklərim onun xoşuna gəlməmişdi”
Portuqaliyalı məşhur futbol məşqçisi Joze Mourinyo Madridin “Real” klubunda çalışdığı zaman futbol ulduzu Kriştiano Ronaldo ilə bağlı xoşagəlməz məqamlar yaşadığını bildirib.
AYNA xarici mediaya istinadən bildirir ki, baş məşqçi eqolu oyunçuları sevmədiyini qeyd edib: “Şəxsi maraqlarını komandanın maraqlarından üstün tutan futbolçularla həmişə problem yaşamışam. Biz iki bərabərlikdən sonra “Valensiya” klubu ilə oynayırdıq. Ronaldo Pereyranı keçmək istəyəndə topu itirdi. Rəqib az qala fərqlənəcəkdi. Oyundan sonra mən ona dedim ki, iki oyun bərabərlikdən sonra 2:0 hesablı qələbə 2:1-dən fərqlənir. Söylədiklərim onun xoşuna gəlməmişdi”.