Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tikinti baronunun kürəkəni 4 nəfəri öldürdü, ardınca arvadı Novxanıda ağır qəza törətdi


Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.
Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.
Xatırladaq ki, iyun ayında Novxanı qəsəbəsində dörd nəfərin ölümünə səbəb olan qəza baş vermişdi. Belə ki, Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi "Range Rover" (dövlət nömrəsi 10 CO 002) yüksək sürətlə "Daewoo Damas"a çırpılmışdı. Avtomobildə olan Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov yerindəcə ölmüşdü. Daxili İşlər Nazirliyindən Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə olduğu bildirilmişdi.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10