Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanlılar oz Qazilərinə necə ehtiram göstərir?


18 mindən yuxarı əhalisi olan Ərkivan qəsəbəsinin Qarabağ savaşında 20-dən yuxarı şəhidi, döyüşlərdə fədakarlıq göstərən, şanlı savaş yolu keçmiş gənci var. Qəsəbə rəhbərliyi, buradakı ictimai birlik qazilərimizə daim diqqət və ehtiram göstərir.

Bu günlərdə isə  “Ümidim sənsən” Sosial İnkişafa Yardım İB-nin rəhbər Fidan Abbaslının, İHB-nin Ərkivan Ərazisi üzrə nümayəndəsi Sabiq Cahangirovun və Ərkivan Bələdiyyəsinin sədri Əmrah Mazanovun birgə təkilatçılığı ilə Ərkivandakı Grant restoranda ərkivanlı olan 50-yə yaxın qazı ilə görüş təşkil edilmişdir.

Ziyafət stolu ətrafında, musiqi sədaları altında keçirilən tədbirdə təşkilatçılar, eləcə də rayondakı ictimai birliklərin təmsilçiləri Məmmədağa Şiriyev, Həmid Mənsimov, Əfalət Hüseynov və başqaları çıxış etmiş, qazilərin ürək sözlərini dinləmiş və onlara təşkilatçılar adından Fəxri Fərmanlar verilmişdir.

Təşkilatçılar və Qaizlər tədbirə dəstək olduqları üçün Grant restanının rəhbərli Rəşad Mirzəyevə xüsusi minnətdarlıq bildirmişlər.
Respublikada fəaliyyət göstərən “Güvən” xeyriyyə cəmiyyətinin sədri Nigar Bayramlı tədbirdə iştirak etmişdir.

Cenub.az. Faiq Hüseynzadə







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10