Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kamal Sunal haqqında bilmədiyimiz 10 fakt


Bu gün böyük türk aktyoru Kamal Sunalın anım günüdür. Cənub.az Kulis.az a istinadən bu münasibətlə aktyor haqqında bilinməyən 10 qəribə faktı diqqətinizə çatdırır.
1. 10 noyabrda doğulub, ancaq bu gün Atatürkün ölüm günü olduğu üçün ad gününü həmişə 11 noyabrda qeyd edirdi.
Kamal Sunal haqqında bilmədiyimiz 10 FAKT
2. Bir dəfə bir nəfər Kamal Sunalın qızı Ezo Sunala “Məni atanız böyütdü” – deyir. Ezo xanım təəccüblə “Necə yəni?” – deyə soruşunca dediyinə aydınlıq gətirir: “Balaca idim. Atam ölmüşdü. Anam işə gedirdi. Bacım ev işlərini görmək üçün ard-arda Kamal Sunal filmlərini qoyurdu və bilirdi ki, filmlər bitənə qədər televizorun qarşısından qalxmayacam.”
Related image
3. Həyat yoldaşı Gül Sunay ilə tanışlıqdan sonra düz iki il yarım məktublaşmışdı.
Related image
4. Evlənib yığışdıqları ev o qədər rütubət olub ki, qonaq gələndə nəm qoxusunu itirmək üçün kartof qızardırmışlar.
Image result for Kemal Sunal
5. İlk serialı “Qəmbəy bəy”in gözlənilən tamaşaçı toplaya bilməməsinin səbəbi eyni saatda başqa kanallarda Kamal Sunal filmlərinin yayımlanması olub. Özü özünə qarşı...
Kamal Sunal haqqında bilmədiyimiz 10 FAKT
6. 48 yaşında dissertasiya mövzusunu özündən götürüb və “Məni kimsə araşdırmayacaq, ona görə özüm edirəm” demişdi.
Image result for Kemal Sunal
7. Orta məktəbdə onun övladlarını şagird yoldaşları “İnəyin uşağı” deyə ələ salırmışlar.
Related image
8. Evdə həmişə filmə çəkildiyi qiyafətlərdə gəzərmiş.
Related image
9. Çiy küftənin hazır olub-olmadığını yoxlamaq üçün tavana atan ünlünün yalnız İbrahim Tatlısəs olduğunu düşünürsünüzsə, yanılırsınız. Kamal Sunal da bunu tez-tez edib Gül Sunalı əsəbiləşdirirmiş.
Related image
10. Çiy küftə sevgisindənmi, yoxsa səsinin gözəlliyindənmi, ən çox İbrahim Tatlısəsi dinləyərmiş.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10