Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İsveçdə yaşayan ərkivanlı ||--||


İsveçdə yaşayan ərkivanlı ||--||

 Onlardan birində mənə maraqlı sual ünvanlanmışdı. Məktub müəllifi soruşurdu ki, sizdə zerkalnı, blatnoy  avtomobil nömrələri neçəyədir? Konkret olaraq bildirim ki, İsveçdə də blatnoy nömrə tərəfdarları var. Lakin onlar bu arzusunu rüşvət verməklə yox, hökumətə rəsmi şəkildə pul ödəməklə reallaşdırır.

Məsələn, hər hansi bir insan maraqlı avtomobil nömrəsii almaq istəyirsə,10 illik müddət ücün 600 yevro ödəyir və arzusunu reallaşdırır. Sonra bu şəxs masınını satsa da, aldığı bu nömrə həmin maşında da istifadə edilə bilər və bütün bu islər də yenə polis söbəsinə getmədən, poçt vasitəsilə həyata kecirilir. Əgər avtomobil hər hansı yüngül və ya agır xəsarət alarsa, bu da problem deyil. Vətəndaşın bu iş üçün heç bir xərci çıxmır. Bütün xərcləri sığorta şirkəti ödəyir.

Digər oxucuların da arzusunu nəzərə alaraq yenə də İsveçdəki təhsil sistemi haqqında bəzi qeydlərimi sizinlə bölüşmək istəyirəm. İsveçdə təhsilə sözdə, kağız üzərində yox, əməldə olduqca böyük önəm verilir.

Orta təhsil alanlara, gimnaziya tələbələrinə (10-11-ci sinif şagirdləri) dövlət hər ay 150 yevro təqaüd verir. Ali təhsil alanlar isə ən azı 300 yevro təqaüd alır. Əgər gənc başqa ölkədə təhsil alarsa onun ev kirayəsindən tutmuş digər ehtiyaclarına qədər hamısını hökumət ödəyir.

İsveçdə banklardan kredit götürmək o qədər rahat və problemsizdir ki, istənilən şəxs bu arzusunu asanlıqla reallaşdırır. Bahalı maşın, ev və digər dəyərli əmlak almaq istəyənlər heç bir xahiş-minnət, şapka-filan ödəmədən 2-10 il müddətinə çox aşağı faizlərlə arzu etdikləri miqdarda kredit götürürlər.

Yəqin ki isveçlilərin nə qədər əmək haqqı aldığı da sizin üçün maraqlı olar. İsveçdə 1500 yevrodan aşağı əmək haqqı yoxdur. Ən aşağı pensiya məbləği 1200 yevro, işsizlik müavinəti isə 1100 yevrodur. Bütün bunların müqabilində İsveçdə ərzaq və digər zəruri mallar bizdən iki dəfə ucuzdur.

Burada işçi vəzifəsini itirəndə, xəstələnəndə hətta ev kirayəsini də dövlət ödəyir.

İsveç hökuməti azad sahibkarlıqla məşğul olmaq istəyənlərə çox güclü yardım göstərir və onun problemləri ən geci 3-4 gün müddətinə həll edilir.

İsveçdə yaşayan azərbaycanlıların sayı günbəgün artır. Onlar burada özlərinə çox yaxşı güzəran qurublar, ən başlıcası övladılarının daha xöşbəxt sabahı üçün güclü təminat əldə ediblər. Maraq doğuran məqam isə ondan ibarətdir ki, bəzi yerlilərimizin Azərbaycanda şəraiti daha yaxşı olsa da, onlar Vətənə qayıtmaq istəmir. Çünki burada insanın insan kimi yaşaması, arzularını gerçəkləşdirməsi, rüşvətsiz, riyasız yaşaması üçün çox gözəl imkanlar var. Burada demək olar ki haqsızlıqla, ədalətsizliklə, zorakılıqla üzləşmirsən.

İsveçdə olarkən bir filosofun Şərqdə müsəlman gördüm, amma müsəlmançılıq görmədim. Avropada isə müsəlman görməsəm də, müsəlmançılıq gördüm kəlamının dəyərini daha artıq duyursan. Bu yaxınlarda bir İsveç qəbiristanda oldum. Hər yerdə imamlarımızın tövsiyyə etdiyi kimi sadə qəbirlər idi. Yəni, heç dəbdəbəli, təmtəraqlı başdaşına rast gəlmədim. Qəbiristanda məni təəccübləndirən başqa məqam isə isveçlilərin uzunömürlülüyü oldu. Belə ki, buradakı başdaşlarından aydın oldu ki, isveçlilər ən azı 80 il yaşayır. Bunu canlı müşahidələrim də təsdiqləyir. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10