Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda da itlər sakinlərə rahatlıq vermir


Digər rayonlardakı kimi Lənkəran şəhərin lap mərkəzində itlər dəstə ilə gəzir, yerli sakinlərə rahatlıq vermir.

Bu gün, Lənkəran rayonu üzrə müxbirimiz Elnur Şükürov verdiyi məlumata görə şəhərin Xocalı küçəsinin yaxınlığında 10-a yaxın quduz it bu ətrafda istirahət edən yaşlı qadın və qızlara hücum edib. Son anda yaxındakı sakinlər həmin qadınları itlərdən xilas ediblər. Elnur Şükürov verdiyi məlumata görə, olayla bağlı Şəhər Təsərrüfatı İdarəsinə müraciət ediblər. Onlar bildiriblər ki, itləri öldürməyə icazə yoxdur. Buna görə də heç nə edə bilmərik.
Qısası, belə getsə, itlərlə hər kəs özü məsələni çürütməyə çalışacaq. Öldürmək qadağan, quduz itlərin ətrafında dolanmaq təhlükə... Nə etməli, sualı açıq qalır.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10