
Masallı polisi də ölkənin polis ordusunun ayrılmaz və fədakar bir hissəsidir. Hər il olduğu kimi Masallı Polis şöbəsi bu günü, Polis gününü - 2 iyulu öz bayramını ənənəvi qaydada qeyd edib.
Bu ilki tədbir bir neçə saat öncə Masallı Polis Şöbəsinin həyətində polislərin sıra düzümü ilə başladı.
Tədbir daha sonra Heydər Əliyev adına parkda davam etdi. Masallı rayon rəhbərliyi – icra başçısı, prokurorluq, məhkəmə, təhlükəsizlik orqanlarının rəhbərləri, eləcə də digər qurumların rəhbərləri, polis işçiləri H. Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Polis günü ilə bağlı tədbir H. Əliyevin adını daşıyan Muzeyin akt zalındakı rəsmi tədbirlə yekunlaşdı. Akt zalında keçirilən tədbiri giriş sözü ilə Masallı Rayon İcra hakimiyyətinin Başçısı Şahin Məmmədov açdı. Daha sonra Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev qısa və yığcam məruzə etdi. Azərbaycan polisinin tarixindən polislərin Qarabağ savaşındakı igidliyinə qədər maraqlı nümunələr söylədi. Polis rəisinin çıxışından sonra Masallı Rayon prokuroru Vəli Mustafayev, Masallı məhkəməsinin sədri Firdovsi Əliyev, Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, şəhid anası Ziba xanım çıxış etdilər. Tədbirdə 10-dan artıq polis işçisinə İcra hakimiyyətinin Fəxri Fərmanı, eləcə də veteran polislərə hədiyyələr verildi.
Biz də bir mətbuat işçisi olaraq fədakar, öz işinə vicdanla, namusla yanaşan polis işçilərini təbik edirik.
Verilişin linki burada:
Cenub.az