“Zaqatala hava limanının hər şeyi - müdiri, bağbanı, işçiləri və s. var, təkcə təyyarəsi yoxdur”.
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşən Musayev parlamentin bu gün keçirilən iclasında deyib.
“İnsanları təyyarə üzünə həsrət qoymaq olmaz. AzAL qiymətləri azaltmalıdır. Biletlərlə insanların cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir – Az al”, - deyə deputat etiraz edib.