Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ixracı 8 milyard dollar olub və bunun 907,6 milyon dolları qeyri-neft sektorunun payına düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon dolları və ya 25,4% azalıb.
2021-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pambıq mahlıcı (108,6 milyon dollar) birinci, qızıl (87,4 milyon dollar) ikinci, pomidor (87 milyon dollar) isə üçüncü olub.
Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.
Şirkət | Rəhbəri | İxracın miqdarı |
“MKT İstehsalat Kommersiya” MMC | Həsənov Rövşən | 57,3 milyon dollar |
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi | Mohammad Reza | 38,6 milyon dollar |
“P-Aqro” MMC | Əlizadə Azər | 25,7 milyon dollar |
“Sun Food” MMC | İrfan Yılmaz | 17,4 milyon dollar |
“Baku Steel Company” MMC | İbrahimov Kamal | 16,2 milyon dollar |
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC | Salmanov Ceyhun | 16,2 milyon dollar |
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC | Rzayev Ramiz | 11,9 milyon dollar |
“Metal Trade Ltd” MMC | Gassanov Muslım | 11,8 milyon dollar |
“Local Garden” MMC | Xələfov Ramil | 11,1 milyon dollar |
“Fruıt Cıty Group” MMC | Bayramov Seymur | 8,1 milyon dollar |