Son günlər Masallıda bir sıra aparıcı vəzifələrin müdirləri dəyişib.
Xəbər verdiyimiz kimi, Masallı Rayon Məhkəməsinin sədri, “hərbi komissar” daşıdıqları vəzifələrindən azad edilərək digər rayonlara eyni vəzifələrə təyinat alıblar. Dünən isə “Azərİşıq” idarəsinin Masallı Şöbəsinin rəisi Allahverdi müəllim 3-cü dəfə bu vəzifədən azad edilib. Həmin vəzifə müvəqqəti olaraq hazırda baş idarədə çalışan Ağaverdi Həsənova həvalə edilib. İdarədən sızan məlumatlara görə Allahverdi müəllim texniki şərtlərin verilməsində qanunsuzluqlara yol verdiyi üçün işindən kənarlaşdırılıb.
İndi bəzilərini məzəli bir sual düşündürür-əvvəlki müdir-Allahverdi müəllimin nöqsanlarını yeni müdir-Ağaverdi müəllim aradan qaldıra biləcəkmi?
Yəqin ki, 1-2 güclü yağışdan, külək-çovğundan sonra hər şey bəlli olar.