
Misirin 90 yaşlı sakini Ruhiyyə Ürfə Mənsur Qurani-Kərimi əzbər bilir və bu yaşında da şagirdlərinə Müqəddəs Kitabın tilavət və əzbərlənmə qaydalarını öyrətməkdə davam edir.


Ruhiyyə Ürfə Mənsur 1931-ci ildə paytaxt Qahirənin şimal-şərqindəki Dehqəliyyə əyalətinin Mit Qamar rayonunun Atmida kəndində polis ailəsində dünyaya göz açıb. Qızında Quran öyrənməyə həvəsi görən atası 7 yaşlı Ruhiyyəni o dövrün ən yaxşı Quran ustadı olan Şeyx Əbdül-Ğənni Cümənin yanına qoyur. Ruhiyyə 2 ilə bütün Quranı hifz edir. O, 5 il də İslam təhsilini davam etdirib bitirdikdən sonra doğma kəndinə qayıdır və bu günədək uşaq və gənclərə Qurani-Kərim tilavəti və hifzini tədris edir.