Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ağalarov da aeroport tikintisinə başladı, vulkan formasında olacaq...


   Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun “Crocus Group” şirkəti Rusiyada daha bir aeroportun tikintisi üçün sifariş alıb və işə başlayıb. Virtualaz.org xəbər verir ki, şirkət Kamçatkada yeni aeroportun tikintisi üçün tenderdən kənar müqavilə bağlayıb və layihənin dəyəri 15 milyard rubl hesablanıb. Daha 5 milyard rubl isə Uzaq Şərqin inkişafı Fondu ayıracaq. Kamçatkanın inzibati mərkəzi Petropavlovsk-Kamçatskaya şəhərində yerləşən aeroport vulkan formasında olacaq və ildə yarım milyona yaxın sərnişinə xidmət edəcək. Layihənin 2023-cü ildə tamamlanması planlaşdırılır.

Araz Ağalarov layihə ilə bağlı deyib ki, cəmi 45 min kvadratmetrlik giriş nəzarət ərazisi, inzibati bina və digər binalarla birlikdə aeroport kompleksinin tikintisi üçün hazırda torpaq işləri görülür. Layihəyə çoxsaylı subpodratçıların cəlb edilməsi nəzərdə tutulur. İnşaatda eyni vaxtda 800-dən çox adam çalışacaq.

“Crocus Group” şirkəti Rusiyanın uzaq şərgində digər podratçıların riskli hesab etdiyi bir çox iri layihələri, o cümlədən Uzaq Şərq Universiteti kompleksini inşa edib.
Ötən ilin dekabrında isə “Roskosmos” Amur vilayətində inşası illərdir davam edən “Vostoçnıy” kosmodromu ərazisində aeroportun yarımçıq qalmış tikintisini Ağalarovun şirkətinə həvalə edib. Bu layihə üçün federal büdcədən 28 milyard rubl ayrılacaq. Aeroport kompleksinin sonrakı mərhələsinin tikintisi ilə birlikdə layihənin ümumi dəyəri 38 milyard rubla yaxındır. Ağalarov aerportun tikintisini 2024-cü ildə tamamlamaq öhdəliyini götürüb





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10