Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənistan dövlətinin mövcudluğu Əliyev, Putin və Ərdoğandan asılıdır - Erməni televiziyası


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə söylədiyi nitq ölkəmizlə bərabər, dünyanın müxtəlif ölkələrində, o cümlədən Ermənistanda geniş müzakirə mövzusu olaraq qalır.
Ermənistanın “Noyan Tapan TV” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin “Gülüstan” sarayında söylədiyi nitqin təhlili zamanı bildirilib: “Son 30 ildə aparılan siyasətin nəticəsi bu gerçəkliyi ortaya qoydu ki, bu gün Ermənistan dövlətçiliyinin mövcudluğu Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin mövqeyindən asılıdır”.

Erməni ictimaiyyətində yaranan fikir ondan ibarətdir ki, son 20 ildə Azərbaycanın apardığı dövlət siyasəti Ermənistanı nəinki müharibə meydanında, bütün sahələrdə ağır məğlubiyyətə uğradıb. Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya rəhbəri Hamlet Petrosyan Azərbaycanın apardığı siyasətin Ermənistanın və erməni mütəxəssislərin Cənubi Qafqazda qədim şəhərlərin araşdırılması ilə bağlı elmi konfranslarından kənarda qalmasına səbəb olmasından şikayətlənib. Oxşar konfransların Avropa və ABŞ-ın müxtəlif universitetləri tərəfindən təşkil edildiyini bildirən Petrosyan deyib ki, bu, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında uzun müddətdir aparılan siyasətin elm sahəsinə də sirayət etməsinin nəticəsidir. Azərbaycan müntəzəm olaraq Qafqazı ermənilərsiz ərazi kimi təqdim edir və xatırladır ki, onlar buraya sonradan gəliblər. Görünür, yayılan bu ideologiyanın nəticəsidir ki, Cənubi Qafqazın III-VI əsrlərdə mövcud olan şəhərlərinin tədqiqi layihəsində Ermənistanın iştirakı nəzərdə tutulmayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10