Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının Gənclər və İdman İdarəsinin rəisi vəzifəsi ilə niyə vidalaşır?


Deyilənə görə, söhbətin bir ucu Türkiyəyə çıxır.

Cenub.az müxtəlif mənbələrdən aldığı məlumatlara görə, son vaxtlar Masallıda maraqlı kadr dəyişiklikləri baş verir. Vəzifəyə yeni təyin olunmalarına baxmayaraq “Yaşıllıq” adlanan idarənin müdiri vəzifəsi ilə vidalaşıb. “Jek” adlanan idarənin rəhbəri isə məzuniyyətdən geri qayıtmayacağını bəyan edib. Səbəblər isə, olduqca fərqli və ziddiyyətlidir. Kadr dəyişikliyinin ən maraqlısı isə Masallı Gənclər və İdman İdarəsinin rəisi Camal Manafovla bağlıdır. Hələ ötən həftə yayılan məlumata görə Camal Manafov vəzifədən azad olunması barədə rəhbərliyə ərizə verib.

Xatırladaq ki, Camal Manafovun 42 yaşı var və bir neçə ali təhsil diplomu var. 15 ildən artıqdır ki, bu vəzifədə çalışır. Bəs nədən öz vəzifəsi ilə vidalaşmaq istəyir.

Camal müəllimlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Daha doğrusu, onun telefonuna zəng çatmadı. Yayılan bəzi məlumatlara, eləcə də FB-də bəzi paylaşımlara görə, “torbada” çox böyük bir ”pişik” var. Hətta “pişiyin quyruğu” Türkiyəyə qədər uzanır.

Digər məlumatlara görə, C. Manafov sabah rəsmən öz ərizəsinə əsasən daşıdığı vəzifəsindən azad ediləcək.

Cenub.az. Faiq Hüseynzadə





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10