
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb
Lənkəranda "LADA Priora" markalı avtomobil idarəetmədən və yoldan çıxaraq su kanalına aşıb.
cenub.az. APA-ya istinadən məlumatına görə, qəza Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində baş verib.
Nəticədə 3 nəfər Vilvan kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2004-cü il təvəllüdlü Elgün Səmədov və həmyaşıdı Turan Ağayev, 2005-ci il təvəllüdlü Səbuhi Tahirzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlardan birinin vəziyyəti ağırdır, digərlərinin səhhəti isə orta-ağır qiymətləndirilir.